Böyük uğurların əsası
Yeni dərs ilində rayonumuzda 2 yeni məktəb binası istifadəyə verilmişdir
“Təhsil millətin gələcəyidir”- deyən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən islahatlar təhsil sahəsində qazanılan uğurlardan xəbər verir. Bunu respublikamızda yeni məktəb binalarının tikilib istifadəyə verilməsində aydın şəkildə görmək olur. Böyük fəxrlə demək olar ki, hər il respublikamızda yeni tikilən məktəb binalarının sayı durmadan artır.
Respublikamızda olduğu kimi rayonumuzda da təhsilə böyük diqqət və qayğı göstərilir. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov başqa sahələrlə yanaşı təhsil sahəsinin də inkişaf etməsi üçün lazım gələn bütün tədbirləri həyata keçirir. Bunun nəticəsidir ki, rayonumuzda yeni məktəb binalarının sayı getdikcə artır. Tədris müəssisələrinin maddi-texniki imkanlarının artırılması üçün lazım olan bütün tədbirlər görülür.
Yeni dərs ilində rayonumuzda 2 yeni məktəb binası istifadəyə verilmişidr. Yeni tədris ocaqları qapılarını yeni dərs ilinin ilk günündə müəllim və şagirdlərin üzünə açmışdır. Müasir üslubda və yüksək səviyyədə inşa olunmuş məktəb binaları 2016-2017-ci tədris ilinin ilk günündə Qazax təhsilinə ən böyük töhfədir.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yeni məktəb binalarının açılışında iştirak etmişdir. 220 şagird yerlik Aşağı Əskipara kənd tam orta məktəbin açılışında çıxış edən Rəcəb Babaşov Respublika Prezidenti İlham Əliyevin təhsilə böyük qayğı və diqqət göstərməsindən söz açmışdır. Qeyd etmişdir ki, bu məktəbdə Aşağı Əskipara kəndi ilə yanaşı Bağanıs Ayrım, Xeyrımlı, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kənd orta məktəblərin şagirdləri də təhsil alacaqdır. Bildirmişdir ki, bu məktəbdə müəllim və şagirdlərin tədris etmələri və təhsil almaları üçün hər cür şərait vardır. Amma mən arzu edərdim ki, siz öz doğma el-obanızda məktəbə gedəsiniz. Qarşıda böyük irəliləyişlər, saysız-hesabsız uğurlar bizi gözləyir. Buna nail olmaq üçün biliyə hərtərəfli yiyələnməli, elm sahəsində yüksək nəticələr əldə edilməlidir. İrəliləyişin, tərəqqinin yolu yalnız elmdən keçir.
Sonda Rəcəb Babaşov müəllim və şagirdləri, valideynləri, bütün kənd sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, pedaqoji kollektivə uğurlar arzulamışdır.
Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək məcburi köçkün ailələrinin övladlarının təhsil almaları üçün inşa edilmiş yeni məktəb binasına görə Respublika Prezidenti İlham Əliyevə sakinlər adından öz dərin minnətdarlıqlarını bildirmişlər.
R.Babaşov məktəbin açılışını bildirən qırmızı lenti kəsdikdən sonra məktəbə baxış keçirilmişdir. 11 sinif otağından, kimya, fizika laboratoriyalarından, hərbi kabinetdən, informatika otağından, akt və idman zallarından, kitabxana və tibb otağından ibarət olan yeni məktəb binası rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Elçin İSMAYIL
Facebook-da paylaş