Vətəndaşlar fərdi şəkildə qəbul edilib » Göyəzən internet portalı


Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ənənəsinə uyğun olaraq bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.

Şəhərin O.Sarıvəlli küçəsinin sakinlərindən Əliyev Sədəddin Məmmədbağır oğlu, Kərimov Faiq Baratəli oğlu, Məmmədova Elza Məhəmməd qızı, Musayeva Nailə Ziyaddın qızı və Eyvazov Rövşən Qurban oğlu yaşadıqları ərazidə suvarma suyunun olmaması ilə əlaqədar müraciət edib, 150 ailənin sudan korluq çəkdiyini bildiriblər. Rəcəb Babaşov İcra Aparatına ünvanlanmış məktub əsasında 2 gün bundan əvvəl həmin ərazidə olduğunu və məsələnin həll olunması üçün lazımi göstərişlər verdiyini bildirib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev rayon rəhbərliyinin tapşırığına əsasən həmin ərazidə olması və məsələnin həll edilməsinin mümkün yolları barədə məlumat verib. İcra Başçısı O.Sarıvəlli küçəsinin sakinlərinin qısa müddətdə suvarma suyu ilə təmin olunmaları barədə konkret tapşırıqlar verib.

Faiq Kərimov sakinlər adından çıxış edərək onların müraciətlərinə operativ cavab verdiyinə və məsələnin həll olunmasına göstəriş verdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün sakinlər adından öz dərin minnətdarlığını bildirib.

Şəhər sakinlərindən Gülməmmədov Gülməmməd Sərdar oğlu, İsmayılov Musa İsə oğlu, Cəfərov Nadir Dursun oğlu və Budaqov Məzahir Bəhmən oğlu yaşadıqları şəhərin Ağköynək kəndi ilə bitişik olan hissəsindəki yaşayış massivində qazın və içməli suyun olmaması ilə başlı rayon rəhbərliyinə müraciət ediblər. İcra Başçısı həmin ərazidə olduğunu bildirərək məsələnin həll olunması üçün aidiyyatı idarə və müəssisənin rəhbərlərinə göstəriş verib. Tapşırıb ki, qaz çəkilməsi gələcəkdə proqrama salınsın. Su çəkilişini isə rayon rəhbərliyi öz öhdəsinə götürüb.

Məzahir Budaqov sakinlər adından çıxış edərək onların məktublarına operativ reaksiya verdiyinə və görüşə gəldiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş