Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir » Göyəzən internet portalı


Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir

Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir
Kənd təsərrüfatı sektorunun qarşısında duran əsas vəzifələrdən biri də taxılçılığın inkişaf etdirilməsi, respublikanın taxıla olan tələbatının daxili istehsal hesabına ödənilməsidir. Bununla dövlət tərəfindən lazım olan addımlar atılıb, fermerlərə güzəştlər olunub.

2017-ci ildə Qazax rayonu üzrə 11 min hektar sahədə taxıl əkilib. Aqrotexniki qaydalara düzgün və vaxtlı-vaxtında əməl olunmasının nəticəsidir ki, zəmilərin hər hektarından 33,03 sentner taxıl götürülüb. Əldə edilən bu yüksək göstərici taxılçıları daha geniş sahələrdə əkin aparmağa həvəsləndirib. Ona görə də zəhmət adamları bu il gələn ilin məhsulu üçün 12500 hektar sahədə taxıl əkməyi qarşılarına məqsəd qoyublar.

Qarşıya qoyulan məqsədə çatmaq üçün ilk gündən taxıl əkini sahələrinin şumlanmasına sürətlə başlanılıb. Torpaqların şumlanmasında əsas şərt kifayət qədər texnikanın olmasıdır. Bu məqsədlə şum aparılması üçün 70 ədəd traktor cəlb olunub. Şumlamanın optimal müddətdə başa çatdırılması üçün traktorçular bu aqrotexniki tədbiri hər gün daha çox sahədə həyata keçirirlər. Görülən tədbirlərin nəticəsidir ki, rayon üzrə hər gün 300-350 hektar sahənin şumu qaldırılır. Bu günə qədər isə 4355 hektar sahədə şumlama aparılıb.

Şumlama ilə yanaşı, payızlıq taxıl əkininə hazırlıqla bağlı digər tədbirlər də həyata keçirilir. Rayona kifayət qədər gübrə gətirilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə artıq Aqroservislə müqavilə bağlanıb.

Bol məhsul əldə edilməsinin əsas şərtlərindəın biri də sahələrə məhsuldar toxumların əkilməsidir. Buna görə də taxılçılar elit toxumlara daha çox üstünlük verirlər. Belə yüksək məhsuldar toxumların əldə edilməsi üçün toxum satan təşkilatlarla müqavilələr bağlanıb. Yaxın vaxtlarda rayonumza elit toxumlar gətiriləcəkdir.

Qazax rayonunda payızlıq taxıl əkininə hazırlıq işləri sürətlə davam etdirilir.

GOYEZEN.AZ

Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir
Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir
Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir
Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir
Qazax rayonunda 12500 hektar sahədə taxıl əkiləcəkdir







Facebook-da paylaş