“Breyn Rinq” intellektual oyunu üzrə “Seminariya kuboku” yarışı başa çatıb
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin
İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra
olunan "Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin
keçirilməsi” layihəsi çərçivəsində 21-27 oktyabr 2019-cu il tarixlərdə reallaşan "Breyn
Rinq” intellektual oyunu üzrə "Seminariya kuboku” yarışı başa çatıb. Turnirdə 6 qrupda 18 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarışın
yekunlarına əsasən, müstəqil "Kepler-62" və "Pentaqon"
komandaları müvafiq olaraq I və II yerləri tutublar. Bakı Dövlət
Universitetinin Qazax filialının "Bozqurd" komandası isə III pillədə
qərarlaşıb. Qalib komanda "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyi tərəfindən kubokla, I, II və III yerləri tutmuş
komandaların üzvləri isə plaketlərlə təltif olunublar. Qeyd edək ki, "Seminariya kuboku"nda ümumilikdə 80 gənc iştirak
edib.
GOYEZEN.AZ
Facebook-da paylaş