"Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində ilk tədbir təşkil olunub
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Qazax Müəllimlər Seminariyasının
100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində ilk
tədbir (mühazirə) təşkil olunub. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
direktoru İsmayıl Süleymanov layihə barədə ətraflı məlumat verərək, layihə
çərçivəsində 21-27 oktyabr 2019-cu il tarixlərdə "Breyn Rinq"
intellektual oyunu üzrə "Seminariya kuboku" yarışının keçiriləcəyini,
həmçinin Seminariyanın tarixi barədə qısametrajlı filmin çəkilişlərinin davam etdirildiyini
bildirib. Qeyd edək ki, filmin təqdimat mərasiminin 8 noyabrda
keçiriləcəyi nəzərdə tutulur. Daha sonra İ.Süleymanov
Seminariyanın tarixinə qısa ekskursiya edərək, təhsil ocağının yaradılmasının
tariximizdə, təhsilimizdə və mədəniyyətimizdə önəmli yer tutduğunu vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş