Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" və "Breyn Rinq" intellektual oyunları üzrə "Gənclik kuboku" yarışı keçirilib
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunları Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" və "Breyn Rinq" intellektual oyunları üzrə "Gənclik kuboku" yarışı keçirilib.
Qazax Gənclər Mərkəzində reallaşan turnirdə orta ümumtəhsil məktəblərinin, BakıDövlətUniversiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadiKollecinin 40 komandası (ümumilikdə 200 gənc) iştirak edib.
"Nə? Harada? Nə zaman?" mərhələsində ilk 8 yeri tutan komanda "Breyn Rinq" mərhələsinə vəsiqə qazanıb. Bu mərhələnin yekunlarına əsasən müstəqil "Stronsium" komandası "Gənclik kuboku"na yiyələnib. Müstəqil "Andromeda" komandası II, "Everest-1" komandası isə III yerə layiq görülüb.
Yekunda qalib və mükafatçılar müvafiq medal və diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş