Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" və "Breyn Rinq" intellektual oyunları üzrə "Gənclik kuboku" yarışı keçirilib
Qazax Gənclərin İnkişaf və Karyera
Mərkəzinin İntellektual Oyunları Klubunun təşkilatçılığı ilə ümummilli lider
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman?" və "Breyn
Rinq" intellektual oyunları üzrə "Gənclik kuboku" yarışı
keçirilib. Qazax
Gənclər Mərkəzində reallaşan turnirdə orta ümumtəhsil məktəblərinin, BakıDövlətUniversiteti Qazax filialının və Qazax Dövlət
Sosial-İqtisadiKollecinin 40
komandası (ümumilikdə 200 gənc) iştirak edib. "Nə?
Harada? Nə zaman?" mərhələsində ilk 8 yeri tutan komanda
"Breyn Rinq" mərhələsinə vəsiqə qazanıb. Bu mərhələnin yekunlarına
əsasən müstəqil "Stronsium" komandası "Gənclik kuboku"na
yiyələnib. Müstəqil "Andromeda" komandası II, "Everest-1"
komandası isə III yerə layiq görülüb. Yekunda
qalib və mükafatçılar müvafiq medal və diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş