• Təqvim

  • Maraq



ABŞ-ın timsalında dünya tarixi daha bir beynəlxalq riyakarlıq nümunəsi ilə üz-üzə

ABŞ Prezidentinin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir. Əslində, Baydenin bu fikri səsləndirməsi ABŞ-ın geosiyasi və strateji maraqlarına ziddir. ABŞ Prezidentinin "erməni soyqırımı” ifadəsini işlətməsi qətiyyən Türkiyəyə təsir vasitəsi ola bilməz. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin və erməni diasporunun apardığı bu təbliğatın nə qədər həqiqətdən uzaq, əsassız olduğunu, siyasi məqsəd daşıdığını çox yaxşı bilirlər. Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif  dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən vəhşi üsullarla qətlə yetirilib.
Amma təəssüf ki, 106 ildir bu gerçəkliyin fonunda bəşəriyyət tarixin ən çirkin, ən məkrli yalanları ilə üz-üzə dayanıb. Bu uydurmaya görə, guya Osmanlı dövləti tərəfindən Türkiyənin  Şərqi Anadolu bölgəsində 1,5 milyon, bəzən isə daha böyük, fantastik rəqəmlərlə ifadə olunan sayda erməni əhalisi "soyqırımı”na məruz qalıb. Həqiqətdə o dönəmdə heç dünyada bu sayda erməni yaşamayıb. Bu cür yalanları yalnız tarixi saxtalaşdırıb artıq bir əsrdən çoxdur ki, qonşu dövlətlərə, xüsusilə Türkiyəyə və Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər formalaşdıra bilərlər. Dünyanın hansı guşəsində törədilməsindən asılı olmayaraq tarixin heç bir dönəmində insanların kütləvi qırğını faktını gizlətmək mümkün deyil. Çünki bu cür faciələr kütləvi məzarlıqlarla, qətliamları təsdiqləyən sənədlərlə sübuta yetirilməlidir. Ancaq vəhşi toplum olan ermənilərin və onların havadarlarının uydurduqları "soyqırımı” təsdiqləyən heç bir sənəd, iz yoxdur. Bir əsrdən artıqdır ki, təsdiqini tapmayan "erməni soyqırımı” uydurması yalan, məkrli siyasətə xidmət edir. Dünya gücləri unudurlar ki, işğalçıya, təcavüzkara, faşizm siyasəti həyata keçirən dövlətin yalanlarına şərik olmaqla özlərinə qarşı inamsızlıq mühiti formalaşdırır, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizlik edir, ümumiyyətlə, beynəlxalq aləmin hələ də hüquq problemini yaşadığını öz əməlləri ilə ortaya qoymuş olurlar. Tarixə nəzər salaq. Türkiyəni "soyqırımı” törətməkdə ittiham edən ABŞ Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kambociya və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıl dərilini qətlə yetirmişdir.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlarla dünyanın hansı siyasəti yeritdiyinə işıq saldıqdan sonra düşünmək olardı ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını "yerinə yetirən” ABŞ, Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri baş verənlərdən nəticə çıxarıb nəhayət, həqiqətlərə ədalət gözü ilə baxmaq yolunu tutacaqlar. Təəssüf ki, bu gün biz reallıqda bunun tam əksini görürük. Bu güclər belə qərəzli bəyanatlarla çıxış edəndə, heç bir araşdırma aparmadan öz maraqları naminə işğalçı Ermənistana və bütün dünyada şəbəkələşmiş erməni lobbisinə və diasporuna dəstək missiyasını yerinə yetirəndə unutmasınlar ki, tarixin müxtəlif mərhələlərində ermənilərin iştirakı ilə Türkiyənin daxilində qiyamların təşkili, Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı qətliamların törədilməsi, bu gün Ermənistan adlandırılan, əslində tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda azərbaycanlıların keçən əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə qətlə yetirilməsi, on minlərlə soydaşımızın doğma yurd-yuvalarından zorla deportasiya edilməsi düşünülmüş daşnak siyasətinin nəticəsidir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak tör-töküntüləri tərəfindən Bakıda və bölgələrimizdə soydaşlarımızın kütləvi şəkildə soyqırımına məruz qalmasına hələ də dünya birliyi layiq olduğu qiyməti verməyıb. Bunun əksinə olaraq şişirdilmiş, əsası olmayan "erməni soyqırımı”nın təbliği, dəstəklənməsi, etnik təmizləməyə məruz qalan azərbaycanlılara qarşı etinasızlıq bu gün dünyada hökm sürən ikili standartların məntiqi nəticəsidir.
Hər zaman bir-birinin yanında olan iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə "erməni soyqırımı”nın uydurma mif olduğunu bütün dünyaya, xüsusilə tarixi saxtalaşdırıb ermənilərin yanında olan dövlətlərə sübut edəcəklər. Buna heç kimin şübhəsi olmasın:  Çünki hadisələrə ən böyük dəyəri zaman özü verir. Tarixi faktlara, həqiqətə əsaslanan təbliğatımızı, birgə səylərimizi davam etdirməklə inşallah, bu istəyimizə də nail olacağıq. Aprelin 24-də dövlətimizin başçısı İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da möhtərəm Prezidentimiz bu qərarın yalnış olduğunu önə çəkərək onu tarixi səhv adlandırmışdır. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilmişdir. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu böyük məmnunluq hissi ilə vurğulanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların bəyanatları, həmçinin siyasətçilərimizin, ziyalılarımızın, sadə vətandaşların ABŞ Prezidentinin məlum tarixin saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətləri də bu birlikdən, hər zaman haqqın, ədalətin yanında olmaqdan irəli gəlir. İki dost, qardaş ölkə olan Türkiyə və Azərbaycan zaman-zaman belə yanaşmalarla üz-üzə qalsalar da ədalətli, dəyişməz mövqelərindən bir addım da belə çəkilməyiblər, əksinə daha da güclənib, qətiyyətlə irəli gedərək dünyaya öz mesajları ilə əsl tarix və hüquq dərsi keçib, ədalətin bərpasına nail olublar. "Erməni soyqırımı” ifadəsinin işlədilməsi ümumillikdə, tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi dəyərləndirilməlidir.
Məmməd YUSİFOV,
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent



Facebook-da paylaş