Qazax rayon İcra Hakimiyyətində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Qazax rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Saat 17:00-da faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov anım mərasimində çıxış edərək erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirib ki, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu.
Rəcəb Babaşov qeyd edib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti ümummilli lider Heydər Əliyev verib. Ulu öndər 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunub.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyada tanıdılması, erməni millətçiliyinin beynəlxalq miqyasda ifşası sahəsində məqsədyönlü və sistemli iş aparılır. Bununla əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası keçirilir. Aparılan işlərin nəticəsidir ki, artıq dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyib. İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentləri “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul edib. Dünyanın 15 aparıcı ölkəsinin parlamentləri Xocalı soyqırımını tanıyıb. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının 22 ştatının qanunverici orqanı da Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar çıxarıb.
Rəcəb Babaşov tədbirə yekun vuraraq Xocalı soyqırımı qurbanlarının, eləcə də bütün şəhidlərin qanının yerdə qalmayacağını, düşmənlərdən qisas alınacaq günün uzaqda olmadığını qeyd edib.

Elçin İSMAYIL
Facebook-da paylaş