Qazaxda “Dövlət ailə siyasətinin banisi - Ulu Öndər Heydər Əliyev” başlıqlı tədbir keçirilib
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Aidə Nəzərli, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın üzvləri, ziyalılar, şəhid ailələri,təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin direktor və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbər, müəllim və tələbələri, gənclər iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ailə dəyərlərinə həsr olunmuş ”Heydər Əliyev və ailə modeli” filmi nümayiş olunub. Təqaüddə olan həkim Sevda Məmmədova və həyat yoldaşı həkim Musa Mədətov, şəhid baş leytenant Xaliddin Nəsibovun, əsgər Elfak Daşdəmirovun valideynlərinə, gizir Elvin Əhmədovun həyat yoldaşına Qazax Rayon İcra Hakimiyyəti tərəfindən gül dəstəsi təqdim edilib.
Mayın 15-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Dövlət ailə siyasətinin banisi - Ulu Öndər Heydər Əliyev” başlıqlı tədbirkeçirilib. #AiləmizƏnGüclüDəyərimizdir həştəqi altında keçirilən tədbirdə ailə dəyərlərindən, ailənin cəmiyyətdəki rolundan söz açılıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova ailə dəyərlərinin qorunub saxlanılmasından, milli adət-ənənələrimizdən danışıb. O, bildirib ki, hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarixi səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünə məxsus etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. Bu cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Axı, dövlətin kiçik modeli - forması sayılıan milli ailə olmasa cəmiyyət də inkişaf edə bilməz. İnsan da şəxsiyyət kimi məhz ailədə formalaşır. Müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Azərbaycan bu məqsədlə mühüm beynəlxalq Konvensiyalara qoşulmuş, ölkədə müxtəlif qanunlar qəbul edilmişdir. 2008-ci ildən BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq 1994-cü ildən qeyd olunan Ailə Günü ənənəsinə qoşulan Azərbaycan ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə süıh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğinə böyük təhfə vermişdir. 15 May - Beynəlxalq Ailə Günü məişət zorakılığının qarşısının alınması, ailənin, xüsusilə uşaq və gənclərin psixoloji durumuna təsir göstərən mənfiliklərin aradan qaldırılması, cəmiyyətin diqqətinin ailə dəyərlərinin qorunub saxlanması, gənclərin ailənin müqəddəsliyinə, nümunəvi çoxuşaqlı ailələrin Azərbaycan Dövlət ailə siyasətinin həyata keçirilməsində əhəmiyyəti böyükdür. Rayonumuzda da hər il bu cür tədbirlər keçirilir. Gənc ailələrin, ağbirçəklərin, ağsaqqalların, ziyalıların iştirak etdiyi tədbirlərdə cəmiyyətimizin özəyi sayılan ailəyə böyük önəm verildiyindən dövlətimiz tərəfindən ailələrə göstərilən diqqət və qayğıdan geniş söhbət açılır. “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühün əhəmiyyət kəsb edir” - deyirdi Ulu Öndər Heydər Əliyev. Bəli, onun ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə qayğı ilə yanaşması ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirmişdir. O, Azərbaycan ailəsinin taleyinə heç vaxt laqeyd qala bilmirdi. Azərbaycanda ailə dəyərlərinin, adətlərinin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi.
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların problemlərini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək qiymətləndirərək cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxs statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməlidir. Onun özünün tariximizdə silinməz izlər qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusilə gənclərimizə örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. O, qürurla etiraf edirdi ki, “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin roıu böyük olub. Zərifə xanım kimi həyat yoldaşımın olduğuna və o, ailəmdə çox böyük mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”. Bu sözlər Ulu Öndərin ailəyə, ailə münasibətlərinə bəslədiyi dərin hörmətin və izzətin ən bariz nümunəsidir. Ailə olmasa cəmiyyət də ola bilməz. Cəmiyyətin inkişafı ailənin inkişafından aslıdır. Ona görə də bu sahədə qanunvericilik aktları, normativ-hüquqi bazanın formalaşdırılması da məhz Ulu Öndər tərəfindən əsası qoyulub. Hətta, müstəqil dövlətimizin ali sənədi olan Konstitusiyada ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə öz əksin tapıb. Heydər Əliyevin siyasi kursunu şərəflə davam etdirən, artıq dünya siyasi xadimləri sırasında öz layiqli yerini tutan Prezident İlham Əliyev tərəfindən də bu sahədə islahatlar aparılır. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün mütəmadi zəruri tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşır. Xalq cəmiyyət qarşısında əsl ailə modelini nümayiş etdirir, səmimi, mehriban münasibətləri ilə gənclərə nümunə olurlar. Biz ailələrimizin möhkəmliyi ilə fəxr edirik. Bizdə ailə modeli qorunur, nəsildən-nəslə yaşadılır.
Təqaüddə olan həkim Sevda Məmmədova çıxış edərək Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi ailənin dövlətin milli inkişafında mühüm rolundan danışıb. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında, yaşadılmasında və zənginləşməsində xidmətləri əvəzsizdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir, bu siyasət sağlam və intelektual nəslin formalaşmasına xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ailəni cəmiyyətin bünövrəsi, özəyi sayır, ailə dəyərlərinə hər zaman xüsusi əhəmiyyət verir, onları müqəddəs hesab edir və ailənin cəmiyyətdəki rolunu yüksək qiymətləndirirdi. Heydər Əliyev çıxışlarında Azərbaycanda sağlam cəmiyyətin, güclü dövlətin qurulub möhkəmlənməsində onun son dərəcə vacib amil olduğunu, Azərbaycan qadınlarının dövlətçiliyə sədaqətini, ölkəmizin iqtisadi və mədəni inkişafının təmin edilməsində xidmətlərini daim yüksək qiymətləndirir, qadınların hər bir işə daha məsuliyyətlə yanaşdığını, daha diqqətli olduqlarını qeyd edirdi.
Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Aidə Nəzərli çıxış edərək müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərindən danışıb. O, qeyd edib ki, ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Ulu Öndərin təşəbbüsü əsasında Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BMT-nin “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq Hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. “Ailə kəndli təsərrüfatı haqqında”, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların təsdiq edilməsi barədə, “Ərdə olan qadının vətəndaşlığı haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Ahıllara sosial xidmət haqqında”, “Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında”, “Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Simi Məşədiyeva çıxış edərək bildirib ki, sağlam ailə cəmiyyətin psixoloji sabitliyinin əsas təminatçısıdır. Çünki ailədə aşılanan sevgi, qayğı, məsuliyyət və qarşılıqlı hörmət yalnız bir fərdin deyil, bütövlükdə, sağlam və dayanıqlı cəmiyyətin əsas təməlidir. Ailədə formalaşan dürüstlük, sədaqət, əməksevərlik və qarşılıqlı yardım kimi dəyərlər birbaşa vətəndaş tərbiyəsinə təsir edir. Ailə daxilində sağlam dialoqun formalaşdırılması, uşağın fikirlərinin dinlənilməsi, anlayışla qarşılanması onun özünü dəyərli hiss etməsinə mühüm təsir göstərir. Çünki hər bir uşaq sevgiyə, dəstəyə, anlayışa və səmimi ünsiyyətə ehtiyac duyur.
Bakı Dövlət Universitetinin Qazax filialında Pedaqoji fənlər kafedrasının müəllimi Gülnar Abdullayeva çıxışında müasir informasiya texnologiyalarının zərərli təsirindən danışıb. Bildirib ki, gənclərin düzgün tərbiyəsində ailənin rolu danılmazdır. Ailə insanın formalaşdığı ilk sosial mühit, ilk davranış qaydalarını öyrəndiyi, ilk dəyərləri mənimsədiyi yerdir. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, ailələr və məktəblər gənclərin virtual aləmdəki fəaliyyətini izləməli, onlara düzgün informasiya seçimi bacarıqlarını aşılamalıdır. Gənclərə düzgün istiqamət vermək üçün onları maarifləndirmək, hansı informasiyanın faydalı, hansının isə zərərli olduğunu izah etmək vacibdir. Bu isə həm ailənin, həm müəllimin, həm də cəmiyyətin vəzifəsidir. Tərbiyə prosesi sadəcə qadağalarla yox, həm də izah və yönləndirmə ilə aparılmalıdır.
Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz Regional Bölməsinin əməkdaşı Aytac Sanıyeva çıxış edərək vurğulayıb ki, ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün də uğurla davam etdirilir. Ailə məsələləri daimi olaraq dövlətin xüsusi qayğı və diqqəti ilə əhatə olunub. Ailə dəyərlərinin, tarixi ənənələrin vacibliyi, gənclərin ailədə bu dəyərlərə sadiq, milli ruhda tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət göstərilir, qadınların problemlərinə, onların ictimai həyatda aktiv rolunun təmin edilməsinə böyük qayğı ilə yanaşılır, ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən bu sahədə bir sıra layihələr reallaşdırılıb ki, bu layihələr ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulmasına, onların firavanlığının təmin olunmasına xidmət edir.
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxş edərək bildirib ki, şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə diqqət və qayğı Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması ilə başlayıb. Həmin vaxtdan prioritet istiqamətə çevrilən bu xətt dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin bütün dövrlərində daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinin, müharibə əlillərinin və qazilərin sosial müdafiəsi dövlətimizin başçısının həyata keçirdiyi daxili siyasət kursunun əsas istiqamət meyarıdır. Bu kateqoriyadan olan insanlara həm dövlət, həm də ictimaiyyət tərəfindən xüsusi qayğı və diqqət göstərilir. Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərərək şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını fəxri adlarla təltif etmişdir.




Facebook-da paylaş














