Quşçu Ayrım kəndində uşaqlara bayramqabağı hədiyyələr təqdim edilib
Yeni il münasibətilə respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da silsilə tədbirlər həyata keçirilir. İlk olaraq yeni il
ərəfəsində Qazaxın sərhəd kəndi olan Cəfərli
kəndində Qazax RİHB Aparatının məsul işçilərinin, "ASAN
Könüllüləri” Təşkilatının və "AccessBank Azerbaijan”ın nümayəndələrinin
iştirakı ilə bayram şənliyi keçirilmişdir. Şənlikdə "ASAN
Məktub” "AccessBank Azerbaijan”la birlikdə bu kənddən, eləcə də Bala
Cəfərli kəndindən olan 150-dək uşağa bayramqabağı hədiyyələr təqdim etmişlər. Keçirilən tədbirlərin davam olaraq bu gün
rayonun sərhəd kəndi olan Quşçu Ayrım kəndində də "Mountain Host Azerbaijan” turizm şirkəti tərəfindən Quşçu Ayrım
kəndindən olan 96 uşağa bayramqabağı hədiyyələr təqdim edilib. Tədbirdə
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparacı məsləhətçi-psixoloq
Kəmalə Cəfərova, baş məsləhətçi Sərdar Orucov, gənc rəssam Akif Əmirov, layihə
rəhbəri Mürsəl Qasımov, fotoqraf İradə Qədirova və turizm təşkilatının
nümayəndələri iştirak ediblər. RİHB aparatında aparacı məsləhətçi-psixoloq Kəmalə Cəfərova çıxış
edərək körpələri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb,
dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz olan körpələrə göstərilən
diqqət və qayğıdan danışıb. Sonra gənc rəssam Akif Əmirov çıxış edərək gələcəyimiz olan körpələrə göstərilən qayğıya və əsası ulu öndər
tərəfindən qoyulmuş uşaq siyasətinin bu gün də uğurla davam etdirilməsinə görə
ölkə başçısı İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevaya, eləcə də layihənin həyata keçirilməsində əməyi olan
insanlara dərin minnətdarlığını bildirib. Daha sonra turizm şirkətinin nümayəndələri körpələrin qarşıdan gələn
bayramlarını təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu ediblər. Çıxışlar başa çatdıqdan sonra öz hədiyyələrini səbirsizliklə gözləyən
körpələrə hədiyyələri təqdim olunub.
Facebook-da paylaş