• Təqvim

  • Maraq



10 may günü doğulmuş körpələrə hədiyyələr verilib – Qazaxda

10 may günü doğulmuş körpələrə hədiyyələr verilib –
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən rayon sakinlərinə diqqət və qayğı göstərir. Uşaqdan tutmuş böyüyə kimi hər bir rayon sakini ilə maraqlanaraq əlindən gələn köməkliyi əsirgəmir.

Ulu öndər Heydər Əliyevin doğum günü rayonun Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərində yeni körpələr dünyaya gəlib. Rayon rəhbərliyi xalqımız üçün əziz olan həmin gündə uşaq doğulmuş ailələrə öz diqqət və qayğısını əsirgəməyib.

Bu gün RİHB Aparatının baş məsləhətçisi Teybə Hüseynova, böyük məsləhətçisi Gülnar Quluyeva, məsləhətçisi Səba Paşayeva və sektor müdiri-baş mühasib Qurban Babayev həmin ailələrin qonağı olublar.

Birinci Şıxlı kəndində uşaqlarına İlham adını qoymuş valideynlər – Abdullayev Xanbaba və həyat yoldaşı Vəfa xanımın sevinclərinin həddi-hüdudu yoxdur.
Yuxarı Salahlı kənd sakinləri Cəfərov Nizami və Cəfərova Kamilə də 10 may günü valideyn olublar. Yeni doğulmuş uşağa Xanım adını qoyan gənc ata-ana daha bir arzularına çatıblar.

RİHB Aparatının işçiləri hər iki ailəyə uşaq arabası, paltar dəsti və şirniyyat hədiyyə ediblər.

Gənc ailələr onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

10 may günü doğulmuş körpələrə hədiyyələr verilib –
10 may günü doğulmuş körpələrə hədiyyələr verilib –
10 may günü doğulmuş körpələrə hədiyyələr verilib –
GOYEZEN.AZ


Facebook-da paylaş