• Təqvim

  • Unutma

  • Maraq

Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub

Bu gün böyük Azərbaycan şairi Molla Pənah Vaqifin doğum günü qeyd olunub.

Şairin adını daşıyan xatirə muzeyində keçirilən tədbirdə mədəniyyət işçiləri, şairlər, aşıqlar, məktəblilər, KİV nümayəndələri iştirak edib.

Muzeyin direktoru Məhruzə Hüseynova giriş sözü ilə çıxış edərək M.P.Vaqifin Azərbaycan ədəbiyyatının və tarixinin inkişafındakı xidmətlərindən söz açıb.
Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
Muzeyin bələdçisi Şamama Qocayeva, bərpaçı rəssamı Arzu Musayeva tədbir iştirakçılarına muzeyin yaranma tarixi və eksponatlar barədə ətraflı məlumat verib, şairin şeirlərini oxuyublar.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbirdə çıxış edərək Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqifin taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirdiyini qeyd edib.

Sonra şairlərdən Mustafa Rasimoğlu, Mehman Nəbiyev çıxış edərək M.P.Vaqifin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışıblar.

Sonda aşıqlardan Oktay Piriyev və Elvin Səfərovun saz havalarının sədaları altında şəhər 1 saylı tam orta məktəbin şagirdləri M.P.Vaqif şeirlərini oxuyublar.

Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
Böyük Azərbaycan şairi M.P.Vaqifin doğum günü adını daşıdığı muzeydə qeyd olunub
GOYEZEN.AZ

Facebook-da paylaş