Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin doğum günü qeyd olunub
Bu il böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Bununla əlaqədar Respublika Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalayıb. Bu gün görkəmli Azərbaycan şairinin doğulub boya-başa çatdığı Qazax rayonunda doğum gününün keçirilməsi ilə yubiley tədbirlərinə başlanılıb.
Qazax rayon İcra Hakimiyyətinin Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialı ilə birgə keçirdiyi tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, şairlər, poeziyasevərlər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə M.P.Vaqifin və M.V.Vidadinin “Fəxri qazaxlılar” parkındakı qoşa heykəli önünə tər çiçək dəstələri qoyaraq dahi şairin əziz xatirəsini yad ediblər.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək M.P.Vaqifin Azərbaycan ədəbiyyatının və tarixinin inkişafındakı xidmətlərindən, onun yaradıcılığından söz açıb. Bildirib ki, sərəncamda deyildiyi kimi M.P.Vaqif adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır.
O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək M.P.Vaqifin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən söz açıb. Qeyd edib ki, Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Ramiz Quliyev, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin direktoru Məhruzə Hüseynova, muzeyin bərpaçı-rəssamı Arzu Həsənova, şairin nəslinin davamçısı Vidadi Müftizadə, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl, Dəmirçilər kənd tam orta məktəbin müəllimi Gülnar Osmanova və başqaları çıxış edərək görkəmli söz ustası M.P.Vaqif yaradıcılığından, onun ədəbiyyatımıza bəxş etdiyi zəngin şeirlərindən söz açıblar. Qeyd ediblər ki, Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir.
Sonra şairlərdən Mustafa Rasimoğlu, Bahəddin Əsədoğlu, Məzahir Yaqub, Mübariz Qaragözlü, Səhlədar Hidayətoğlu, Elnur Süleyman, Mahmud Məsimoğlu öz şeirlərini oxuyublar.
Sonda məktəblilərin ifasında Molla Pənah Vaqif şeirləri səsləndirilib, görkəmli söz ustasının zəngin yaradıcılığı şeirlərin dili ilə bir daha poeziyasevərlərin diqqətinə çatdırılıb.

Elçin İSMAYIL
Facebook-da paylaş