Qazaxda M.P.Vaqifin poeziya günü keçirilib
Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin poeziya günlərinin keçirilməsi artıq ənənə halını alıb. Hər il olduğu kimi bu il də Qazax rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə M.P.Vaqifin 35-ci poeziya günü keçirilib. Şairin adını daşıyan xatirə muzeyində keçirilən tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, rayon ağsaqqalları, şair və yazıçılar iştirak edib.
Muzeyin bələdçisi Şamama Qocayeva tədbir iştirakçılarına M.P.Vaqifin həyat və yaradıcılığı haqqında danışdıqdan sonra muzeydəki eksponatlar barədə ətraflı məlumat verib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri giriş sözü ilə açaraq M.P.Vaqifin poeziya günləri barədə söz açıb. Qeyd edib ki, bu poeziya günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən hər il qeyd olunur. Ulu öndərin 1982-ci ildə Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak etməsindən, poeziya günün keçirilməsi haqqında sərəncam verilməsindən və həmin poeziya gününün keçirilməsindən artıq 35 il ötür.
Bu ənənə bu gün də ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2017-ci ilin “M.P.Vaqif ili” elan olunması, onun anadan olmasının 300 illik yubileyinin böyük təntənə ilə qeyd olunması barədə Ölkə Başçısının sərəncam imzalaması bunun ən bariz nümunəsidir.
Həmin sərəncama uyğun olaraq M.P.Vaqifin 300 illik yubileyi rayonumuzda böyük təntənə ilə qeyd olunub, şairin doğulduğu Yuxarı Salahlı kəndindəki abidəsi əsaslı şəkildə bərpa edilib.
Sonra şairlərdən Səhlədar Hidayətoğlu, Zaməddin Ziyadoğlu, Mübariz Qaragözlü, Ağstafada fəaliyyət göstərən Hüseyn Arif ədəbi məclisinin sədri Saqif Qaratorpaq, Bakıdan qonaq gəlmiş araşdırmaçı Sərxan Carçı, Tamella Poladlı, Bilal Qoca, Məzahir Yaqub, gənc şairlərdən Elnur Süleymanlı öz yeni şeirlərini oxuyublar.
Şəhər 2 saylı musiqi məktəbinin şagirdlərindən Amin Kərimov və Nurlan İsmayılov şairin şeirlərini müxtəlif saz havalarında səsləndiriblər.
Sonda muzeyin direktoru Məhruzə Hüseynova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara kollektivi adından öz dərin minnətdarlığını bildirib.

GOYEZEN.AZ
Facebook-da paylaş