Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri bu il də uğurla davam etdirilir
Qazaxda bütün sahələrdə olduğu kimi, əhalinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində
saxlanılır. Son illər bu istiqamətdə görülən məqsədyönlü işlər nəticəsində
rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından artıq 120-ə yaxın
binanın dam örtüyü, blokları və xarici fasadı təmir olunub. Rayonda yaşayış binalarının dam örtüyünün
dəyişdirilməsi bu il də uğurla davam etdirilir. Şəhərin Bakı küçəsi 2A
ünvanında yerləşən və dam örtüyü dəyişdirilən məcburi köçkün ailələrinin
yaşadığı binada görülən işlər də bunun bariz nümunəsidir. Dam örtüyü dəyişdirilən binanın sakinləri
vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən
işləri yüksək qiymətləndirərək ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş