• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı dam örtüyü dəyişdirilən məcburi köçkün ailələrinin yaşadığı binada olub


Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər Qazaxda bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işlərinin aparılması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Bakı küçəsi 2A ünvanında yerləşən və dam örtüyü dəyişdirilən məcburi köçkün ailələrinin yaşadığı binada olub. Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onların qayğıları ilə maraqlanıb. Görülən işlərlə tanış olan icra başçısı lazımi tapşırıq və tövsiyələrini verib. 

Dam örtüyü dəyişdirilən binanın sakinləri vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Sonra icra başçısı ötən il təmirinə başlanılan şəhərin mərkəzində yerləşən Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda da olub.

Rayon rəhbərinə bildirilib ki, Ş.Xiyabanı 25 saylı binada bütün bloklarda astar-üzlük vurulub, blokların giriş hissəsinə qoyulan dəmir qapılar rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Ş.Xiyabanı 27 saylı binanın xarici fasadında bir hissədə rənglənmə işləri aparılıb və tam hazırdır. Digər hissədə isə lazım olan yerlərdə görülən suvaq işləri, eləcə də bloklarda astar-üzlük vurulması işləri yekunlaşıb. Bu binada da bloklara qoyulan yeni dəmir qapılar rənglənib. Köhnə pəncərələrin əksəriyyəti dəyişdirilərək yeni plastik pəncərələr qoyulub. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da əksəriyyətinin dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb. Qeyd olunub ki, binaların xarici fasadında və bloklarda rənglənmə işləri qalıb ki, yaxın günlərdə o da həyata keçiriləcək.

Ş.Xiyabanı küçəsi 25 saylı bina


Ş.Xiyabanı küçəsi 27 saylı bina

Bakı küçəsi 2A ünvanında dam örtüyü dəyişdirilən bina




GOYEZEN.AZ



Facebook-da paylaş