Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı hazırlanıb
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinə və xalqımızın yaddaşına
Xocalı soyqırımı kimi yazıldı. Yer üzündə törədilmiş ən ağır
cinayətlərdən olan Xocalı soyqırımından artıq
28 il ötür. Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq Sərəncamı ilə "Xocalı
soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”
təsdiq edilib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün
keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci
il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı
soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər
planı hazırlanıb. Tədbirlər planında rayonun
idarə, müəssisə və təşkilatlarının, Şəhid ailələrinin, Qarabağ müharibəsi
əlillərinin, müharibə veteranlarının, rayon ictimaiyyətinin və gənclərinin
iştirakı ilə rayonda Şəhidlər xiyabanının ziyarət edilməsi, anım mərasiminin
təşkili və abidənin önünə gülqoyma mərasiminin keçirilməsi qeyd olunub. İdarə və təşkilatlarda,
təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş
tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşlər və
s.) keçirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş
sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi göstərilib. 26 fevral günü təhsil
müəssisələrində ilk dərsin Xocalı soyqırımına həsr edilməsi tədbirlər planında qeyd
edilib. 26 fevral saat 17:00-da
rayon ərazisində Xocalı soyqrımı qurbanlarının xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsidə
tədbirlər planında öz əksini tapıb. Tədbirlər planında Xocalı
soyqırımı günü ilə əlaqədar rayonun kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağının
endirilməsi endirilməsi
də vurğulanıb. Həmçinin Xocalı soyqırımının
ildönümünə həsr olunmuş tədbirlərin kütləvi informasiya vasitələrində
nümayişinin təşkil olunması da tədbirlər planına salınıb. Tədbirlər planında qeyd
olunan bütün məsələlərlə bağlı aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə
tapşırıqlar verilib. GOYEZEN.AZXOCALI
SOYQIRIMI - 28 --------------------
Facebook-da paylaş