• Təqvim

  • Maraq



Tədbirlər planı hazırlanıb


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2019-cu il 6 fevral tarixli 11 nömrəli Sərəncamlarını rəhbər tutaraq Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. 9-21/32 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarının, Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının, rayon ictimaiyyətinin və gənclərinin iştirakı ilə rayonda Şəhidlər xiyabanının ziyarət edilməsi, anım mərasiminin təşkili və abidənin önünə gülqoyma mərasiminin keçirilməsi nəzərdə tutulub.

26 fevral saat 17:00-da rayon ərazisində Xocalı soyqrımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də tədbirlər planına daxil edilib.

Xocalı soyqırımı günü ilə əlaqədar rayonun kənd və qəsəbələrində  Azərbaycanın Dövlət Bayrağının endirilməsinə aid göstərişlər verilib.

Həmçinin, 26 fevral günü təhsil müəssisələrində ilk dərsin Xocalı soyqırımına həsr edilməsi bağlı verilmiş tapşırıqlar da tədbirlər planında qeyd edilib.

Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirin kütləvi informasiya vasitələrində işıqlandırılması da tədbirlər planında öz əksini tapıb.

Rayonun Rəsm Qalareyasında Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinin keçirilməsi tədbirlər planında yer alıb.

Tədbirlər planında qeyd olunan bütün məsələlərlə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

GOYEZEN.AZ



Facebook-da paylaş