Qazaxda əhalinin tibbi müayinəsi başa çatıb » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Qazaxda əhalinin tibbi müayinəsi başa çatıb

Qazaxda əhalinin tibbi müayinəsi başa çatıb
Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədi ilə davamlı tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən, bu il fevralın 15-dən başlanan və üç ay davam edən əhalinin tibbi müayinəsi aksiyası da belə tədbirlərdəndir.

Bu aksiya ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla başa çatıb. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak ediblər.

Əhalinin 94%-i tibbi müayinəyə cəlb edilmişdir. Müayinələr Qazax rayon Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında aparılmış, səyyar briqadalar təşkil olunmuşdur. Eyni zamanda, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar həkim briqadaları ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri evlərində müayinədən keçirmişlər. Tibbi müayinələr rayonun 29 yaşayış məntəqəsində aparılmışdır.

Aksiya çərçivəsində 66673 nəfər müayinədən keçmişdir. Müayinə olunanların 1026 nəfərinə ambulator müalicə təyin edilmiş, 224 nəfər stasionar müalicəyə cəlb olunmuş, 125 nəfər üzərində cərrahiyyə əməliyyat aparılmış, 107 nəfər daha geniş müayinə olunmaq və müalicə almaq üçün paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.

Tibbi müayinələrin keçirilməsi rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanmışdır.

GOYEZEN.AZ



Facebook-da paylaş