Qazaxda tibbi müayinəyə başlanıb
RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA
Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən fevralın 15-dən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılmışdır.
Keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün rayondakı Müalicə Diaqnostika Mərkəzi və poliklinika lazımi avadanlıqlarla tam təchiz olunmuş və vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Tibbi müayinə 29 məntəqədə aparılır. Bu müayinələrin cəbhə bölgəsində keçirilməsi üçün 1 səyyari briqada yaradılıb. Briqadanın tərkibində EKQ və terapevt fəaliyyət göstərir. Səyyari briqada rayonun Bala Cəfərli kəndində əhalini tibbi müayinədən keçirir. Qeyd etmək lazımdır ki, Bala Cəfərlidə 200 nəfər müayinədən keçəcək. İndiyədək 40 nəfər müayinədən keçirilib, müayinədən keçirilən kənd sakinlərindən 5 nəfərində xəstəlik aşkar edilmişdir. Həminn xəstələr müayinə və müalicəyə cəlb olunmuşlar. Rayonda yaşayan 18 yaşdan yuxarı sakinlərin sayı 70312 nəfərdir. Hazıradək rayon üzrə 3434 nəfər pulsuz tibbi müayinədən keçmişdir. Bundan 3285 nəfəri sağlamdır. 116 nəfər ambulator müalicəyə, 24 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur. 9 nəfərdə müxtəlif xəstəlik aşkar olunduğundan Bakı şəhərinə, istisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişlər. Müayinənin ilk günündən qrafikə uyğun tibbi müayinə təşkil edilib. Həmçinin xəstəxanalara gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə də həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Tibbi müayinənin davam etdiyi müddətdə rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatologiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir.
Müayinələr əsasən terapevt, stomatoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən həyata keçirilir.

Vəli VƏLİYEV,
"Respublika” qəzeti
22 fevral 2017-ci il
Facebook-da paylaş