“Vətənpərvərlik dini radikalizmə qarşı mübarizədə güclü vasitədir” mövzusunda maarifləndirici tədbir keçirilib
Bu gün Ş.Çobanov adına Ağköynək kənd
tam orta məktəbində "Vətənpərvərlik dini radikalizmə qarşı mübarizədə güclü
vasitədir” mövzusunda maarifləndirici tədbir-toplantı görüş keçirilib. Tədbirdə sinif rəhbərləri, müəllimlərlə
yanaşı, məktəbin yuxarı sinif şagirdləri də iştirak edib. Tədbirdə iştirak edən Qazax RİHB
aparatında şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd
Orucov, rayon prokurorurun müavini Qasım Ağayev, DTX-nin Qazax rayon şöbəsinin
baş əməliyyatçısı Əli Zeynalov, rayon polis şöbəsinin ictimai təhlükəsizlik
bölməsinin baş inspektoru Amil Budaqov, Təhsil şöbəsinin aparıcı məsləhətçisi
Donara Həsənova, məktəbin direktoru Səfurə Rəhimova və başqaları çıxış ediblər. Çıxışlar zamanı müxtəlif dini cərəyanların
yaranma tarixindən, zərərli dini cərəyanların təbliğat metodlarından bəhs
olunub. Qeyd olunub ki, gənclərin belə zərərli dini cərəyanların təsirinə düşməməsi
üçün rayonumuzda mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Həmçinin
bildirilib ki, milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır. Görülmüş
bu işlərin nəticəsidir ki, gənc nəsildə Vətənə məhəbbət hissi getdikcə daha da
artır və bununla yanaşı, qeyri-ənənəvi dini təriqətlərə maraq azalır. GOYEZEN.AZ
Facebook-da paylaş