• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda maarifləndirici tədbir keçirilib

Qazaxda maarifləndirici tədbir keçirilib
Qazax şəhər 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açıb və İslam dininin sülh, həmrəylik və qardaşlıq dini olması, bu sahədə respublikamızda görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Mövzu ətrafında DTX Qazax rayon şöbəsinin rəis müavini Müşviq Mürsəlov, Qazax rayon Prokurorunun müavini Qasım Ağayev, rayon Polis şöbəsinin sahə rəisi Bilal Allahverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, QMİ-nin bölgə qazisi İlham Süleymanov, məktəbin direktoru Murğuz Mustafayev və başqaları çıxış ediblər.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb və “Şəhadət” filmi nümayiş olunub.

Müəllim və şagirdlərə dini maarifləndirmə ilə bağlı kitab və broşuralar paylanılıb.

Qazaxda maarifləndirici tədbir keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş