Ramazan ayında gənc ailəyə qayğı göstərilib » Göyəzən internet portalı


Ramazan ayında gənc ailəyə qayğı göstərilib

Ramazan ayında gənc ailəyə qayğı göstərilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən rayon sakinlərinə diqqət və qayğı göstərir. Uşaqdan tutmuş böyüyə kimi hər bir rayon sakini ilə maraqlanaraq əlindən gələn köməkliyi əsirgəmir. İstər bayram günlərində, istərsə də adi günlərdə hər bir rayon sakininə böyük diqqət və qayğı ilə yanaşır.

Rayon rəhbərliyi tərəfindən müsəlman dünyası üçün əziz olan Ramazan ayı ərəfəsində də həmin diqqət və qayğı davam etdirilib, daha bir aztəminatlı ailəyə yardım olunub. Rayonun Kosalar kəndində yaşayan Orucovlar ailəsində dünyaya gəlmiş yeni körpəyə bayram sovqatları çatdırılıb.

Bu gün Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, RİHB Aparatının baş məsləhətçisi Teybə Hüseynova, böyük məsləhətçisi Gülnar Quluyeva həmin ailənin qonağı olublar.

Vilayət Orucov və Aygün Orucovadan ibarət gənc ailənin evində qonaq olan Gulaya Həsənova rayon rəhbərliyinin salamlarını çatıdırıb, ailəni yeni övladının dünyaya göz açması münasibətilə təbrik edib, gözaydınlığı verib.

Elgün və Elmir adlı iki oğul atası olan Vilayət Orucov səmimi hisslərini bildirib. Qeyd edib ki, sağ olsun Rəcəb müəllim, aprel ayında qızım Aliyə Oruczadənin dünyaya gəlməsində bizə kömək etdi. Həyat yoldaşımın Bakı şəhərində qeysəriyyə əməliyyatı olunması üçün bizə maddi dəstək göstərdi. Biz bir gənc ailə kimi onun ata qayğısını, sevgisini hiss etdik. Bu gün isə bu müqəddəs bayram ərəfəsində bizi unutmayıb yad edirsiniz. Bütün bu diqqət və qayğıya görə ailəm adından öz dərin minnətdarlığımı bildirirəm.

Məlumat üçün qeyd edək ki, gənc ailəyə uşaq arabası, paltar dəsti, ətçəkən maşın və şirniyyat hədiyyə edilib.

Ramazan ayında gənc ailəyə qayğı göstərilib
Ramazan ayında gənc ailəyə qayğı göstərilib
GOYEZEN.AZ


Facebook-da paylaş