“İnvestel GROUP” MMC-də tikinti işlərinin əsas hissəsi görülüb » Göyəzən internet portalı

“İnvestel GROUP” MMC-də tikinti işlərinin əsas hissəsi görülüb

“İnvestel GROUP” MMC-də tikinti işlərinin əsas hissəsi görülüb
Qazax rayonun II Şıxlı kəndində “İnvestel GROUP” MMC-nin gördüyü genişmiqyaslı işlər, həyata keçirdiyi layihələr Qazaxda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraiti əyani şəkildə göstərir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan cəmiyyət bu sahənin inkişafı üçün 12 milyon manat investisiya qoyulmağı nəzərdə tutmuşdur. Tikintinin sürətlə aparılmasının nəticəsidir ki, nəzərdə tutulan işlərin əksər hissəsi artıq həyata keçirilmişdir.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “İnvestel GROUP” MMC tərəfindən II Şıxlı kəndində tikilən müəssisədə olaraq görülən işlərlə tanış olub.

MMC-də layihələrin idarə olunması departamentinin rəisi İlkin Əliyev rayon rəhbərinə məlumat verib ki, “İnvestel GROUP” MMC tərəfindən Xram çayı üzərində 3 pilləli nasos stansiyası inşa edilir. 1-ci pilləli nasosxanada tikinti işləri başa çatıb, tamamlama işləri görülür. Hazırda suvaq və dam örtüyünün vurulması işləri aparılır.

Həmçinin cəmiyyət tərəfindən əkin sahələrinin suvarılması üçün 13,5 km uzunluğunda su xətti çəkilir. Su xəttinin çəkilişində diametri 530 mm olan dəmir metal borulardan istifadə olunur. Birinci pillədə 3 ədəd nasos olacaqdır. İkinci pillədə isə nasosxana vasitəsilə suvarılan ərazilərə su veriləcəkdir. İkinci və üçüncü pilləli nasosxanalarda isə tikinti işləri başa çatdırılmışdır. Nasos stansiyalarında mexaniki montaj işlərinə başlanılıbdır.

Bundan əlavə, Xram çayı sahilində su qəbuledici qurğu tikilmişdir. Sahələrdə hər birinin tutumu 4500 kubmetr olan iki ədəd su hovuzu inşa olunmuşdur. Bununla yanaşı, sahədaxili ümumi uzunluğu 18 km olan diametri 315 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi işləri də davam etdirilir. 1100 hektar sahənin suvarılması üçün damlama və çiləmə sistemlərinin quraşdırılmasına hazırlıq işləri görülür. Cəmiyyət tərəfindən əkiləcək 1100 hektar sahənin 200 hektarını kartof, 200 hektarını qarğıdalı, 200 hektarını noxud, 300 hektarını buğda və 200 hektarını isə arpa sahəsi təşkil edəcəkdir.

“İnvestel GROUP” MMC ümumi sahəsi 1600 kvadratmetrlik olan böyük quru anbar inşa etmişdir ki, burada istehsal edilən məhsullar və gübrələr saxlanılır.

Layihənin memarı Kamil Əlimirzəyev bildirib ki, sahəsi 2200 kvadratmetr olan soyuducu kartof saxlanc anbarında kürsü səviyyəsinə qədər tikinti işləri başa çatıb. Bundan başqa, tikinti altı sahəsi 462 kvadratmetr olan 2 mərtəbəli inzibati binanın tikintisi aparılır.

Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün 14 km uzunluğunda elektrik xətti çəkilişi tam başa çatdırılmışdır.

Ümumiyyətlə, 3300 kvadratmetr sahədə tikinti işləri aparılacaq ki, buraya texnikaların saxlanılması, təmir edilməsi, yeməkxanaların inşası və s. tikililər daxildir.

Mart ayının 10-na kimi tikintinin əsas hissəsi başa çatdırılacaqdır.

Görülən işlərlə tanış olan rayon rəhbərliyi öz tapşırıq və tövsiyələrini verib. Lazım gələn bütün köməkliklərin göstəriləcəyini bildirib.

Elçin İSMAYIL

Facebook-da paylaş