• Təqvim

  • Maraq



Qarşıda daha mühüm vəzifələr durur

Qarşıda daha mühüm vəzifələr durur
Qazax rayon İcra Hakimiyyəti Başçısının Orta Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Azim Xəlilov hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə ölkəmizdə, eləcə də rayonumuzda həyata keçirilən genişmiqyaslı işlərdən danışdıqdan sonra qeyd edib ki, başa vurduğumuz 2017-ci il Qazax rayonu, eləcə də kəndimiz üçün hər bir sahədə uğurlu olub. Bildirib ki, Orta Salahlı kənd icra nümayəndəliyinin ərazisində iki kənd - Orta Salahlı və Qazaxbəyli kəndləri yerləşir. İki kəndin birlikdə 828 təsərrüfatı, 3068 nəfər əhalisi var. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 folklor evi, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 poçt rabitə şöbəsi, 1 EATS fəaliyyət göstərir. Hesabat dövründə 17 doğum, 3 nigah, 17 ölüm qeydə alınmışdır.

2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Orta Salahlı və Qazaxbəyli kəndlərinin hər birində 5 dəfə olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər zaman onların problemləri ilə yaxından maraqlanıb, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görüb. Bayram və əziz günlərdə şəhid ailələri, Qarabağ əlilləri, imkansız ailələr üçün bayram sovqatı paylanmışdır.
Qarşıda daha mühüm vəzifələr durur
Hesabat ilində rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Əməkdar jurnalisti və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə bulaq-abidə kompleksi tikilmişdir.

Qeyd olunub ki, Orta Salahlı və Qazaxbəyli kənd sakinlərinin əsas problemi içməli suyun olmaması idi. Fəaliyyətə başladığı ilk gündən xeyirxah əməlləri özünün gündəlik işinə çevirən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Orta Salahlı kəndinin uzun illərdən bəri mövcud olan su problemini də aradan qaldırdı. Qısa vaxt ərzində bir əsrdən bəri içməli sudan əziyyət çəkən 3068 nəfər əhalinin yaşadığı Orta Salahlı və Qazaxbəyli kəndlərinə içməli su xətti çəkilmiş, 50-yə yaxın yerdə bulaq və su siyirtmələri quraşdırılaraq kənd sakinlərinin istifadəsinə verilmişdir.

Kənd investisiya layihəsi əsasında Qazaxbəyli kəndində 1 ədəd 50 tonluq və 2 ədəd hər biri 5 ton olmaqla su çəni, 5230 metr su xətti, 12 ədəd bulaq, 16 ədəd su siyirtməsi quraşdırılmışdır. Orta Salahlı kəndində isə 5970 metr su xətti çəkilərək 11 bulaq, 9 su siyirtməsi quraşdırılmışdır.

Hesabat ilində kənd sakinlərinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orta Salahlı kəndində qazılmış 1 ədəd subartezian quyusu kənd sakinlərinin istifadəsinə verilmiş, əlavə olaraq 2 ədəd Orta Salahlı və 1 ədəd Qazaxbəyli kəndində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.

Kənd icra nümayəndəliyi işini Orta Salahlı-Qazaxbəyli bələdiyyəsi ilə birgə qurmaqla bir çox işlər görülmüşdür. Belə ki, kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmiş, kənd sakinlərinin iştirakı ilə Bakı-Tbilisi magistral yolunun, kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun kənarlarında, kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır. Kənd sakinlərinin zibil tullantılarını atması üçün texnika vasitəsilə xəndək qazılmış, zibil tullantıları atılmış sahələr təmizlənmişdir.

Qazaxbəyli kəndinə gələn içməli su xəttinin Daş Salahlı kəndinin ərazisindən keçən hissəsində qırılmış su borusu və nümayəndəlik ərazisində olan 2 ədəd artezian nasosları təmir edilmişdir.

Kəndlərimizdə baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının yaradılması məqsədilə Qazaxbəyli kənd tam orta ümumtəhsil məktəbinin həyətində texnika vasitəsi ilə kiçik arxlar çəkilərək 250 ədəd tut ağacı əkilmişdir.

“Bayraq günü” münasibətilə kənd bələdiyyəsi tərəfindən Orta Salahlı kəndinin girişində 12 metr hündürlüyündə Azərbaycan bayrağı ucaldılmışdır.

Su itkisinin qarşısını almaq və səmərəli istifadə etmək üçün kəndlərimizin su arxlarında təmizlik işləri aparılaraq lildən, kol-kosdan təmizlənmişdir. Belə ki, kənd sakinlərinin köməyi ilə Qazaxbəyli kəndində 5 km, Orta Salahlı kəndində isə 5,4 km əl əməyi ilə, texnika vasitəsilə isə Orta Salahlı kəndində 2,8 km, Qazaxbəyli kəndində 0,4 km suvarma arxları təmir olunmuşdur. Qalan işlər texnika vasitəsilə davam etdiriləcəkdir.

Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbində təhsil alan 156 şagirdin təlim–tərbiyəsi ilə 25 nəfər müəllim məşğul olur. Keçən il məktəbin 2 məzunu ali, 2 məzunu isə orta ixtisas məktəbinə daxil olmuşdur. Qazaxbəyli kənd tam orta ümumtəhsil məktəbində isə 128 şagirdin təlim-tərbiyəsi ilə 29 nəfər müəllim məşğuldur. Keçən il məktəbin 1 məzunu orta ixtisas məktəbinə daxil olmuşdur. Nümayəndəlik tərəfindən hər iki məktəbdə şagirdlərin dərsə davamiyyətinə gündəlik nəzarət olunur.
Qarşıda daha mühüm vəzifələr durur

Qazaxbəyli kənd uşaq bağçası 20 uşaq olmaqla 1 qrupdan ibarətdir. Hesabat ilində dövlət vəsaiti hesabına nümayəndəlik tərəfindən uşaq bağçasına 2 ədəd çarpayı, 20 ədəd yataq dəsti, 10 ədəd stul, 1 ədəd paltaryuyan maşın, 1 ədəd elektron qapan alınmış və bağça qızdırılması üçün dizel yanacağı ilə təmin olunmuşdur. Bundan əlavə, Kənd İnvestisiya Layihəsi tərəfindən bağçanın həyətinə və mətbəxinə içməli su xətti çəkilmişdir.

Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Orta Salahlı həkim məntəqəsi və Qazaxbəyli tibb məntəqələrinin kollektivi daşıyır.

2017-ci ildə hər iki kənd elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunmuşdur.

Əhali və fermer təsərrüfatlarında 2132 baş iribuynuzlu mal-qara, 7810 baş xırdabuynuzlu qoyun-keçi qeydiyyata alınmışdır.

Orta Salahlı və Qazaxbəyli kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıq məhsulları istehsalından ibarətdir. 2017-ci ildə kənd əhalisi 719 hektar payızlıq taxıl sahəsindən 25227 sentner, 76 hektar qarğıdalı sahəsindən 5150 sentner, 4,1 hektar günəbaxan sahəsindən 90 sentner, 255 hektar çoxillik yonca sahəsindən 7650 sentner, 2 hektar bostan sahəsindən 320 sentner, 58 hektar tərəvəz sahəsindən 11000 sentner, 12 hektar kartof sahəsindən 1800 sentner, 18 hektar üzüm sahəsindən 1800 sentner məhsul əldə etmişdir.

2018-ci ilin məhsulu üçün isə 722 hektarda şumlama aparılmışdır, 644 hektara buğda, 59 hektara arpa səpilmişdir. 2 hektarda tütün əkilməsi, qalan 17 hektarda isə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və 300 kq barama istehsal olunması nəzərdə tutulmuşdur.

2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkini üçün hər hektara 90 manat, digər əkinlər üçün isə hər hektara 50 manat olmaqla, ümumilikdə 528 nəfərə 61966 manat subsidiya ödənilmişdir.

2017-ci ildə bütün sahələr üzrə uğurlu nəticələrin əldə edilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun yorulmaz fəaliyyəti mühüm rol oynamışdır.

Orta Salahlı kənd tam orta məktəbin direktoru Afiq Məmmədov, məktəbin müəllimi Firdovsi Xiyalov, kənd bağçasının müdiri Gözəl Allahverdiyeva, sakinlərdən ağsaqqal Nəbi Babacanov, Samir Fərzəliyev, Nəsib Ayvazov çıxış edərək rayonumuzda, eləcə də Orta Salahlı və Qazaxbəyli kəndlərində həyata keçirilən tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə və başqa sahələrə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Uzun illərdən sonra kəndlərə içməli suyun çəkilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

Hesabat yığıncağında iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək kənd sakinlərini salamlayıb və xoş sözlərə görə minnətdarlığını bildirib. 2017-ci ildə istər Qazax rayonunda, istərsə də rayonun kəndlərində görülmüş genişmiqyaslı işlərdən söz açaraq bu ilin uğurlu bir il olmasını vurğulayıb. 2018-ci ildə qarşıda duran vəzifələr və həyata keçiriləcək işlər barədə yığıncaq iştirakçılarına məlumat verib.


Qarşıda daha mühüm vəzifələr durur
Qarşıda daha mühüm vəzifələr durur
Qarşıda daha mühüm vəzifələr durur
Qarşıda daha mühüm vəzifələr durur
Qarşıda daha mühüm vəzifələr durur
Qarşıda daha mühüm vəzifələr durur
Qarşıda daha mühüm vəzifələr durur
GOYEZEN.AZ


Facebook-da paylaş