Qazaxda “Sülh istəyirik” adlı rəsm sərgisi keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Qazaxda “Sülh istəyirik” adlı rəsm sərgisi keçirilib

Bu gün Qazax rayonunda Mədəniyyət və Turizm Nazirliyi, Qazax rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Yalnızca Barışa Tarafız“ Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh istəyirik” adlı rəsm sərgisi təşkil olunub. Sərgi layihə rəhbəri, gənc rəssam Akif Əmirovun təşəbbüsü ilə keçirilib.

Sərgi başlamazdan əvvəl qonaqlar Qazax rayonunun tarixi və görməli yerləri ilə tanış olublar. Avey dağı və Damcılı mağarası, Göyəzən dağı ilə tanış olan qonaqlara tarixi abidələrimiz, burada aparılan arxeoloji qazıntılar barədə geniş məlumat verilib.

Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Ədəbiyyat Muzeyi, Fəxri qazaxlılar parkı, Şəhidlər Xiyabanı, Dədə Qorqud Abidə Kompleksi və At heykəli ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb.

Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Sülh istəyirik” adlı layihənin iştirakçılarını qəbul edib. İcra Başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərindən, rayonun tarixindən, mədəniyyət abidələrindən ətraflı söz açıb.

Xalq rəssamı Arif Hüseynov, Dövlət Rəsm Qalereyasının nümayəndəsi Vaqif Muğalov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Dövlət Rəsm Qalereyasında böyük elmi işçisi Rəna Rəcəbova və başqaları çıxış edərək səmimi qəbula və qonaqpərvərliyə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Layihənin Qazax rayonunda keçirilməsinə razılıq verdiyinə və dəstək göstərdiyinə görə İcra Başçısına təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, layihənin Qazaxda keçirilməsi ilə bağlı etdikləri təklif rayon rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib, köməklik göstərilib və sərginin keçirilməsi üçün yüksək şərait yaradılıbdır.

Sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəssam Nəcməddin Hüseynova Fəxri Fərman, qonaqlara isə hədiyyələr təqdim edib. Qonaqlar da öz növbəsində İcra Başçısına rəsmlərdən ibarət kitablar hədiyyə ediblər.

İcra Hakimiyyətində keçirilən görüşdən sonra Qazax Dövlət Rəsm Qalereyasında “Sülh istəyirik” adlı rəsm sərgisi öz işinə başlayıb.

Sərgidə qonaqlar, müəssisə və təşkilat rəhbərləri, sərgidə əl işləri nümayiş olunan şagirdlər və onların rəsm müəllimləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar və KİV nümayəndələri iştirak edib.
Qazaxda “Sülh istəyirik” adlı rəsm sərgisi keçirilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Sülh istəyirik” adlı rəsm sərgisində iştirak etmək üçün Qazax Dövlət Rəsm Qalereyasına gəlib. Sərginin açılışı münasibətilə təşkil olunan tədbirdə giriş sözü ilə çıxış edərək “Sülh istəyirik” adlı rəsm sərgisinin əhəmiyyətindən danışıb, dövlətimiz tərəfindən rəssamlara, xüsusilə də gənc rəssamlara göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Azərbaycanı bu gün dünyada tanıdan sənətlərdən biri də rəssamlıq sənəti və gözəl əsərlər çəkən rəssamlarımızdır. Bütün dünyada rəssamlarımızın əl işləri nümayiş olunur, sərgiləri təşkil edilir. Bunun üçün Ölkə Başçısı tərəfindən rəssamlara hər cür dəstək göstərilir və yüksək şərait yaradılıb. Bildirib ki, Azərbaycan xalqı sülhsevər xalqdır və biz bu sərgini keçirməklə bütün dünyanı sülhə, əmin-amanlığa səsləyirik. Rayon rəhbərliyi bu sərgidə rəsmləri nümayiş etdirilən gənc rəssaamların gələcəkdə tanınmış sənət adamları olacağına əmin olduğunu bildirib. Təşkil edilən sərginin bu yolda bir addım olduğunu qeyd edib.

Gənc rəssam, layihənin rəhbəri Akif Əmirov çıxış edərək “Sülh istəyirik” adlı rəsm sərgisinin təşkilindən, həyata keçirilən layihənin məqsəd və əhəmiyyətindən söz açıb. Bildirib ki, layihənin Qazaxda həyata keçirilməsinin əsas məqsədi rayonun sərhəd bölgəsində yerləşməsi və Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən ona dəstək verilməsidir. A.Əmirov “Sülh istəyirik” adlı rəsm sərgisinin keçirilməsinə yüksək şərait yaratdığına və kömək göstərdiyinə görə layihə iştirakçıları adından rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, layihənin qarşıya qoyduğu vəzifə ölkəmizdə sülhü tərənnüm edən əsərləri nümayiş etdirmək və gənclərimizi sülhü qorumağa, onu təbliğ etməyə çağırmaqdır. Eyni zamanda, gənc və yeniyetmələrdə rəssamlıq sənətinə maraq yaratmaq, onlarda olan istedadı üzə çıxarmaqdır. Bu gün nümayiş olunan rəsm əsərləri və heykəltəraşlıq işlərinin sərgisi də bu məqsədə xidmət edir.
Qazaxda “Sülh istəyirik” adlı rəsm sərgisi keçirilib
Xalq rəssamı, Tərəqqi medalı laureatı Qəyyur Yunus, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nəzakət Əhmədova, rəssam Qafar Sarıvəlli çıxış edərək sərgidə nümayiş olunan əsərlər barədə öz fikirlərini bildirib, gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə sərginin təşkilinə göstərdiyi dəstəyə görə bir qrup təşkilatçıya təşəkkürnamələr, rəsmləri nümayiş etdirilən gənc rəssamlara isə sertifikatlar verilib.

Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Sərgidə Nəcməddin Hüseynov, Afiq Məmmədov, Səyyad Məmmədov, Ramiz Məmmədov, Murad Böyükkişiyev, Yusif Əliyev, Aynurə Mustafayeva, Akif Əmirovun əsərləri ilə yanaşı, məktəb şagirdlərinin, Uşaq–Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin, Qazax Dövlət Sosial-İqtisadi Kolleci tələbələrinin və Qazax Dövlət Rəsm Qalereyası şagirdlərinin əl işləri sərgilənib. Ümumilikdə, 60 rəsm əsəri və 10 heykəltəraşlıq işi nümayiş olunub.

Sərgidə nümayiş etdirilən gənc rəssamların rəsmləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Elçin İSMAYIL

Facebook-da paylaş