• Təqvim

  • Maraq



Litvalı qonaqlar: “Qazaxın gecələri də gündüzləri kimi gözəldir”

Litvalı qonaqlar:
Qazax rayonu və Litvanın Trakay rayonu arasında əməkdaşlıq sazişinə uyğun olaraq litvalı qonaqlar rayonumuza səfərə gəliblər.

Xəbər verdiyimiz kimi, bu gün Trakay rayonunun meri Edita Rudeliene və nümayəndə Rudelis Henrikasla Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov arasında görüş keçirildikdən sonra qonaqlar Şəhidlər Xiyabanı, Ədəbiyyat Muzeyi, Dədə Qorqud parkı, Fəxri qazaxlılar parkı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Mərkəzi və Qazax Dövlət Rəsm Qalereyası ilə tanış olublar.
Litvalı qonaqlar:
Günün ikinci yarısında isə qonaqlar Yuxarı Salahlı kəndində Səməd Vurğun Poeziya evinə, Daş Salahlı kəndində Damcılı mağarasına, Alpout kəndində Göyəzən dağına və ətrafında olan mövcud abidələrə baxıblar.
Litvalı qonaqlar:
Axşam isə litvalılar şəhərimizi gəzib, Qazaxın gecə görüntüləri ilə tanış olublar. Şəhərimizin küçə və meydanları, abidələri, istirahət parkları ilə yaxından tanış olan qonaqlar razılıqlarını bildirərək Qazaxın gecələrinin güzdüzləri tək gözəl olduğunu qeyd ediblər.

Foto-müxbirimizin həmin gəzintidən lentə aldığı şəkilləri sizlərə təqdim edirik.

Elçin İSMAYIL

Litvalı qonaqlar:
Litvalı qonaqlar:
Litvalı qonaqlar:
Litvalı qonaqlar:


Facebook-da paylaş