Vətəndaşlar razı qalır » Göyəzən internet portalı


Vətəndaşlar razı qalır

  Vətəndaşlar razı qalır
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşlara həmişə diqqət və qayğı ilə yanaşır, onların problem və qayğıları ilə maraqlanır, mütəmadi olaraq sakinlərlə görüşlər keçirir. Bunun nəticəsidir ki, Respublika Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazax rayonunda vətəndaş amili ön plana çəkilmiş, ən yüksək səviyyəyə çatdırılmışdır.

Rayon rəhbərinin rəsmi qəbul günündən başqa digər vaxtlarda da İcra Başçısı vətəndaşları qəbul edir və dinləyir.

Bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iş saatının bitməsinə baxmayaraq axşam saatlarında vətəndaşları qəbul edib.
  Vətəndaşlar razı qalır
Orta Salahlı kənd sakini Kəmaləddin İbrahim oğlu Yusifov məşğul olduğu heyvandarlıq sahəsini genişləndirmək üçün otlaq sahəsinin artırılması ilə bağlı müraciət edib. Rayon rəhbərliyi vətəndaşı diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə tapşırıq verib.

Xanlıqlar kənd sakini Əşrəfov Sədrəddin Zirəddin oğlunun müraciətinə də eyni münasibət bildirilib.

Xanlıqlar kənd sakini Omarova Kifayət Şərif qızı isə şəxsi evinin tikilməsinə kömək göstərilməsi və işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşı diqqətlə dinləyən İcra Başçısı qaldırılan məsələlərin həll olunması barədə göstəriş verib. Vətəndaşın işlə təmin edilməsini tapşırıb və gələn ilin aprelində evinin tikintisinə müəyyən köməkliklərin göstəriləcəyini bildirib.

Şəhər sakinlərindən Əliyev İlham Həsən oğlu, Qocayev Tahir Xəlil oğlu, Çaylı kənd sakini Mehdiyeva Güldanə Məqsəd qızı və məçburi köçkün Qurbanova Ayşən Alim qızı işlə təmin olunmaları ilə bağlı müraciət ediblər. İcra Başçısı vətəndaşların müraciətləri ilə bağlı aidiyyatı üzrə tapşırıqlar verib.

Rayon rəhbərliyinin qəbulunda olan vətəndaşlar razı qaldıqlarını bildiriblər.

Elçin İSMAYIL

  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır
  Vətəndaşlar razı qalır


Facebook-da paylaş