Qazaxda Tapdıq Pənahovun 85 illik yubileyi qeyd olunub » Göyəzən internet portalı

Qazaxda Tapdıq Pənahovun 85 illik yubileyi qeyd olunub

Qazaxda Tapdıq Pənahovun 85 illik yubileyi qeyd olunub
Qazax rayon səhiyyəsinin inkişaf etməsində müstəsna xidmətləri olmuş, şərəfli ömür yolu keçmiş, xeyirxah və qayğıkeş insan Tapdıq Pənahovun anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirak edib. Mərasimdə səhiyyə işçiləri, T.Pənahovun ailə üzvləri, qohum və dostları, KİV nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçıları T.Pənahovun həyat və fəaliyyətindən bəhs edən foto-stendə baxıblar.
Qazaxda Tapdıq Pənahovun 85 illik yubileyi qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Qazaxda anadan olmuş, elm, incəsənət, tibb, ədəbiyyat və başqa sahələrdə tanınmış insanların ad günlərinin, yubileylərinin, kitab təqdimatlarının mütəmadi olaraq keçirilməsindən söz açıb. Bildirib ki, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından bu xarakterli tədbirlərin keçirilməsinin mühüm əhəmiyyəti vardır. Qeyd edib ki, T.Pənahovun Qazaxda səhiyyə sahəsinin inkişaf etməsində böyük xidmətləri olub. Ona görə də Tapdıq həkimin təcrübəli cərrah və xeyirxah insan kimi keçdiyi şərəfli ömür yolu gənc həkimlərimizə bir örnək olmalıdır.
Qazaxda Tapdıq Pənahovun 85 illik yubileyi qeyd olunub
Sonra T.Pənahovun həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal öz çıxışında T.Pənahovu təcrübəli bir həkim və öz elinə bağlı bir insan kimi xarakterizə edərək bu tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
Qazaxda Tapdıq Pənahovun 85 illik yubileyi qeyd olunub
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova çıxış edərək Tapdıq Pənahovun keçdiyi həyat yolundan danışıb. Qeyd edb ki, T.Pənahov 1957-ci ildə N.Nərimanov adına AZDTU bitirdikdən sonra həkim kimi Qazax rayonunun müxtəlif kəndlərində işləmiş, 1979-cu ildən 2003-cü ilə qədər isə Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkimi olmuşdur.

T.Pənahov Qazaxda səhiyyənin inkişafı üçün böyük işlər görmüşdür. Onun Səhiyyə Nazirliyinə müraciəti və təklifləri sayəsində Mərkəzi Xəstəxana 100 çarpayıdan 250 çarpayılıq xəstəxanaya, doğum şöbəsi isə 100 çarpayılıq doğum evinə çevrilmiş, müstəqil fəaliyyət göstərən diş poliklinikasının açılmasına nail olmuşdur.

Şəhər mərkəzində yerləşən 75 çarpayılıq köhnə binada yerləşən uşaq xəstəxanası uyğunlaşdırılmış təzə binaya köçürülmüş və xəstəxana 150 çarpayılıq olmuşdur. Rayon İcrayyə Komitəsinin keçmiş binasını əsaslı təmir etdirdikdən sonra 25 çarpayılıq kardioloji dispanserin açılmasına nail olmuşdur.
Qazaxda Tapdıq Pənahovun 85 illik yubileyi qeyd olunub
Rayonun kəndlərində tibbi xidmətin vəziyyətini yaxşılaşdırmaq və ixtisaslı tibbi yardımın səviyyəsini yüksəltmək məqsədilə kəndlərdə xüsusi lahiyə üzrə xəstəxanalar tikilib istifadəyə verilmişdir. Əvvəllər tibb məntəqələri olmayan bütün kəndlərdə həkim və feldşer-mama məntəqələri açılmışdır. İşlədiyi müddətdə rayon səhiyyəsinin maddi-texniki təchizatının yaxşılaşdırılması üçün xeyli işlər görmüşdür. Təcrübəli, bacarıqlı bir cərrah kimi yüzlərlə cərrahi əməliyyatlar edib insanlara şəfa vermişdir.

Səhiyyə sahəsində uzunmüddətli, qüsursuz fəaliyyətinə görə T.Pənahov 1990-cı ildə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmiş və 1992-cı ildə əməkdar həkim adına layiq görülmüşdür.

Sonra Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, təqaüddə olan cərrah Yusif İsgəndərov, göz həkimi Rəfiqə Əmiraslanova, Qazax rayon Ruhi Xəstəxanasının baş həkimi Ramiz Mansurov, şəhər Uşaq Poliklinikasının baş həkimi Mehriban Nəsibova, təqaüddə olan keçmiş zabit Qayıb Civişov, respublikanın Əməkdar İdman Xadimi Ramiz Tağıyev, Qüdrət Nəsibova, Amalya Quliyeva, AYB-nin üzvü, şair Tamella Poladlı çıxış edərək T.Pənahovun daim qəlblərdə yaşayacağını qeyd edib, onunla bağlı xatirələrindən söz açıblar.

Aşıqlardan Hacı Abdıyev, Camoy Qurbanov, Nurlan İsmayılov yubilyarın xatirəsini anaraq el havaları ifa ediblər.

Tədbirin sonunda T.Pənahovun həyat yoldaşı Afət xanım çıxış edərək belə yüksək səviyyədə tədbir keçirilməsinə görə rayon rəhbərliyinə ailəsi adından öz dərin minnətdarlığını bildirib.

Elçin İSMAYIL

Facebook-da paylaş