Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub » Göyəzən internet portalı

Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Bu gün respublikanın hər yerində olduğu kimi rayonumuzda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə rayonda çalışan müəllimlər, məktəb direktorları, qabaqcıl təhsil işçiləri və KİV nümayəndələri iştirat edib.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb və abidəsi önünüə gül-çiçək dəstələri qoyulub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb.

Qeyd edib ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram kimi qeyd olunur. Ölkəmizdə isə müəllimlər günü 1993-cü ildən keçirilir.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

Son illərdə Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Bunun nəticəsidir ki, ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əsaslı təmir olunub. Həm də bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Bütün bu tədbirlər Prezident İlham Əliyevin verdiyi fərman və sərəncamlar əsasında həyata keçirilərək Azərbaycanda təhsilın inkişafına təkan vermişdir.

Sonra İcra Başçısı Rəcəb Babaşov Ölkə Prezidenti İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Hüseynxanova Xatın Zakir qızını “Əməkdar müəllim” fəxri adına layiq görülməsi və M.Hüseyn adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Rahilə Alı qızını isə “Tərəqqi” medalı ilə təltif olunması münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və əmək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Xatın Hüseynxanova və Rahilə Əliyeva öz çıxışlarında yüksək ada və dövlət təltifinə layiq görüldükləri üçün Prezident İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlıqlıarını bildiriblər.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək ötən dərs ilində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən və yeni dərs ilində qarşıya qoyulmuş vəzifələrdən danışıb. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə Fəxri Fərman təqdim edib.
Qazaxda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
BDU Qazax filialının direktoru Vüsət Əfəndiyev, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev, məktəb-liseyin direktoru Tahirə Comərdova, Alpout kənd tam orta məktəbin müəllimi, əməkdar müəllim Sakibə Nəbiyeva, Çaylı kənd 2 saylı tam orta məktəbin direktoru Abbas Carçıyev və başqaları çıxış edərək müəllim günü münasibətilə bütün müəllimləri təbrik ediblər.

Tədbirin sonunda təlim–tərbiyə işlərində fərqlənən bir qrup müəllim və təhsil işçisi rayon İcra Hakimiyyəti başçısının, Təhsil şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qazax rayon komitəsinin Fəxri Fərmanları ilə təltif olunublar.

Sonra tədbir bayram süfrəsi ətrafında davam edib.

Elçin İSMAYIL

Facebook-da paylaş