Taxılçılığın inkişafına dair müşavirə keçirilib - » Göyəzən internet portalı


Taxılçılığın inkişafına dair müşavirə keçirilib - Qazaxda

Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Gənclər Mərkəzində rayon ərazisində taxılçılığın mövcud vəziyyətinə və inkişafına dair müşavirə keçirilib. Müşavirədə icra aparatının məsul işçiləri, RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, işçi qrupunun üzvləri, idarə və müəssisə rəhbərləri, sahibkarlar, SİB sədrləri və KİV nümayəndələri iştirak ediblər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq ötən təsərrüfat ilində əldə olunmuş uğurlar, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb. Əsas məqsəd kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaq, yerlərdə potensial imkanlardan maksimum yararlanaraq ixracyönümlü məhsulların istehsalına diqqəti artırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltməkdir.

Respublikamızda taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır, taxıl sahələrində yüksək məhsuldarlığın əldə edilməsi məqsədilə yeni xəstəliyə davamlı və məhsuldar sortlar yaradılır.

Bildirib ki, rayon ərazisinin ümumi əkin sahəsi 21,180 hektardır. 2017-ci ildə 19,500 hektar sahədə əkin aparılmış, bu da keçən illə müqayisədə 3000 hektardan çoxdur. 2018-ci ilin məhsulu üçün 20000 hektardan artıq sahədə əkin aparılması nəzərdə tutulur. 2017-ci ilin məhsulu üçün əkilmiş 11039,8 hektar taxıl sahəsindən 36469 ton məhsul istehsal edilib, məhsuldarlıq 33,03 sentner olub. Bu nəticəyə yüksək repreduksiyalı toxumlardan istifadə olunması və məhsulun becərilməsi zamanı bütün aqrotexniki qaydalara əməl edilməsi sayəsində nail olunub. Rayonumuzda taxıl biçini 55 kombayn vasitəsilə vaxtında və itkisiz başa çatdırılıb.

2017-ci ildə rayonumuza cəmi 1481 ton müxtəlif növ mineral gübrələr gətirilərək güzəştli qiymətlərlə istehsalçılara satılıb. 2018-ci ilin məhsulu üçün əkiləcək sahələrə 2160 tondan artıq müxtəlif növ mineral gübrələr sifariş verilibdir.

Hazırda rayon ərazisində 3458 hektar sahədə şumlama aparılmışdır, 2016-cı ilin bu günü 3250 hektar olmuşdur ki, bu da keçən illə müqayisədə 208 hektar çoxdur. Lakin hava şəraitinin quraq keçməsi nəticəsində payızlıq bitkilərin əkin sahəsinin şumlanmasında müəyyən qədər gecikmələr vardır. Hava şəraiti əlverişli olduğu halda rayonda olan mövcud texnikalardan istifadə edərək sahələr tez bir vaxtda şumlanacaqdır. Ehtiyac olduğu halda əlavə texnikalar da cəlb ediləcəkdir.
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Bol məhsul əldə etmək üçün keyfiyyətli toxumlardan istifadə edilməlidir. Hazırda həmin toxumların rayonumuza gətirilməsi istiqamətində işlər aparılır. Bundan başqa rayon ərazisində 2 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir ki, onların da istehsal etdiyi toxumlardan istifadə olunacaqdır.

Qazax rayonu ərazisində kənd təsərrüfatına göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər əkin sahələrində ciddi artım müşahidə olunur. Lakin əkilmiş məhsulların becərilməsi zamanı kənd təsərrüfatı texnikalarının çatışmazlığı hiss olunur. Ona görə də Qazax rayonunun lazım olan texnikalarla təmin edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırılıbdır.

Bol məhsul əldə etmək üçün suvarma suyunun nə dərəcədə vacib olduğunu hamımız yaxşı bilirik. Bunun üçün 2017-ci ildə rayon ərazisində 275 km suvarma arxlarında təmizləmə işləri aparılıb. 2018-ci ildə də arxların təmizlənməsi prosesi davam etdiriləcəkdir.

Respublikada kənd təsərrüfatı bitkiləri məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə Prezident İlham Əliyev 5 iyun 2017-ci il tarixdə Sərəncam imzalamışdır. Sərəncama əsasən rayonumuzun Birinci Şıxlı, Çaylı, Alpout, Canalı və Hüseynbəyli kəndlərində subartezian quyuları qazılacaqdır. Bundan əlavə, 2018-ci ildə 11 ədəd quyunun qazılması planlaşdırılır ki, bu da bol məhsulun əldə olunmasına birbaşa müsbət təsir göstərəcəkdir.
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev məruzə ilə çıxış edərək taxılçılığın mövcud durumu və bu sahənin inkişaf etdirilməsi istiqamətində görülən və görüləcək işləri rəqəmlərin dili ilə müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, cənab başçının bildirdiyi kimi, rayonumuzda taxılçılığın daha da inkişaf etdirilməsi və əkin sahələrinin artırılması üçün hər cür imkan və şərait vardır. Hədəf olaraq qarşımıza qoyduğumuz məqsədə biz yaxın illərdə nail olacağıq.

Qazax Kənd Təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov, Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatının direktor müavini Səfurə Vəliyeva, Qazax “Aqroservis” ASC-nin direktoru Vilayət Məmmədov, rayon bitki mühafizə mərkəzinin rəisi Əli Mustafayev, sahibkar, toxumçuluq təsərrüfatının rəhbəri Asif Yusifov, ağsaqqal, aqronom Osman Mustafayev çıxış edərək rəhbərlik etdikləri sahələrdə taxılçılığın inkişaf etdirilməsi üçün yeni təsərrüfat ilində görüləcək işlərdən söz açıblar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.

Elçin İSMAYIL

Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -
Taxılçılığın inkişafına dair müşavirə keçirilib -


Facebook-da paylaş