Rayonumuzda kənd təsərrüfatı məhsullarının artırılmasına tam nail olacağıq
Kənd təsərrüfatı işçilərinin müşavirəsində bu fikir səslənmişdir
Rayonumuzda kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud vəziyyətin öyrənilməsi məqsədilə kənd təsərrüfatı işçilərinin müşavirəsi keçirilmişdir. Gənclər Mərkəzində keçirilən müşavirədə İcra Aparatının müvafiq strukturları, sahibkarlar, bələdiyyə və icra nümayəndələri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq rayonumuzda kənd təsərrüfatının mövcud durumundan, bu sahədə əldə edilən nailiyyət və problemlərdən söz açmışdır. Qeyd etmişdir ki, qarşıda duran əsas məqsəd rayonumuzda yeni kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal gücündən səmərəli istifadə etmək, rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalını genişləndirmək və məhsuldarlığı artırmaqdır. Bildirmişdir ki, biz kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail ola bilmişik. Lakin mövcud vəziyyətdən tam istifadə edə bilməmişik. Əgər real imkanlardan düzgün və aqrotexniki qaydada istifadə olunarsa, o zaman rayonumuzda məhsul istehsalı birə-beş artar. Qazax kənd təsərrüfatı rayonu kimi öz keçmiş şöhrətini geri qaytara bilər. Bu vəzifələrin həyata keçirilməsi üçün mövcud çatışmazlıqlar və problemlər aradan qaldırılmalı, bu istiqamətdə əməli addımlar atılmalıdır. Belə olan halda kəndli torpaqdan daha bərk yapışar, bazara daha keyfiyyətli məhsullar çıxarılar və son nəticədə kənd təsərrüfatından əldə edilən gəlir əhəmiyyətli dərəcədə artar. Bütün bunlara nail olmaq üçün biz fəaliyyətimizi daha da artırmalı, mövcud çatışmazlıqları aradan qaldırmalıyıq. Bildirmişdir ki, artıq kəndlinin torpağa inamı qayıdıb. Daha torpağını satan, onu icarəyə verən demək olar ki, yoxdur.
Sonra çıxışlar olmuşdur. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aqil Qurbanov, kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov, Dəmirçilər kənd icra nümayəndəsi Gülnaz Mahmudova, Aşağı Salahlı kənd icra nümayəndəsi Yaşar Əfəndiyev, sahibkar Sirac Nuriyev, ağsaqqallardan Murad Süleymanov, Seyfəddin Vəliyev çıxış edərək kənd təsərrüfatı məhsulları istehsalının artırılması yollarından, buna nail olmaq üçün görüləcək işlərdən danışmışlar. Çıxışlarda kənd təsərrüfatı sahəsindəki bir sıra çatışmazlıqlardan da söz açılmışdır. Qeyd olunmuşdur ki, kənd təsərrüfatı sahəsində istifadə olunan dərmanların tərkibi olduqca aşağı səviyyədədir. Bu da həmin dərmanlardan istifadə olunan zaman istənilən nəticəni vermir. Ona görə də yaxşı olardı ki, rayonumuzda satışda olan kənd təsərrüfatı dərmanlarının tərkibləri yoxlanılsın. Təlabata cavab verməyənlər satışdan çıxarılsın. Bununla yanaşı kənd təsərrüfatı bitkilərinə dərman vuran çiləyicilərin də normal vəziyyətdə olmadığı qeyd olunmuşdur. Bildirilmişdir ki, qeyd olunan bu və ya digər səbəblər kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığın əldə olunmasına maneçilik törədir və son nəticədə kəndlinin əməyi zay olur.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilmişdir. Sahibkarların, fermerlərin və rayon sakinlərinin sualları və təklifləri cavablandırılmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq qeyd etmişdir ki, rayonumuzda kənd təsərrüfatı sahəsini inkişaf etdirmək və məhsul bolluğu yaratamaq qarşımızda duran ən mühüm vəzifələrdən biridir. Bu vəzifənin həyata keçirilməsi işsizliyin aradan qaldırılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir. Artıq qısa zaman kəsiyində bu sahədə çatışmazlıqların əsas hissəsi demək olar ki, aradan qaldırılmışdır. Bu il kənd təsərrüfatının bütün sahələri suvarma suyu ilə tam təmin olunmuşdur. Texnika sahəsindəki çətinliklər də tədricən aradan qaldırılır, rayonumuza yeni kənd təsərrüfatı maşınları gətirilir.
Mövcud vəziyyət göstərir ki, biz qarşıda duran vəzifələri qısa müddətdə həyata keçirəcək və rayonumuzda kənd təsərrüfatı məhsullarının artırılmasına tam nail olacağıq.

Elçin İSMAYIL
Facebook-da paylaş