Biz kənd təsərrüfatını mütləq şəkildə inkişaf etdirməliyik
Rayonumuzda kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərlə bağlı müşavirə keçirilib. Gənclər Mərkəzində keçirilən müşavirədə idarə, təşkilat rəhbərləri, yerli fermerlər, sahibkarlar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, tədbirin əsas məqsədi kənd təsərrüfatının inkişafı, hazırkı mövcud vəziyyət və qarşıda duran vəzifələri təhlil etməkdir.
Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektoruna, eləcə də bölgələrdə kənd təsərrüfatının inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan icra başçısı rayonumuzda bu sahədə görülən işlərdən danışıb.
Qeyd edib ki, respublikanın hər yerində olduğu kimi rayonumuzda da kənd təsərrüfatını mütləq şəkildə inkişaf etdirməliyik. Bunun üçün rayonumuzun bütün kənd torpaqlarından nümunələr götürülmüş və analiz olunmaq üçün Türkiyəyə göndərilib.
Məqsədimiz bizim torpaqların hansı bitkilər üçün daha yararlı olmasını, hansı gübrələrdən istifadə edilməsinin münasib olmasını öyrənməkdir.
Aldığımız rəylərdən belə nəticəyə gəlmişik ki, Qazaxda şəkər çuğunduru əkilməsi daha vacib və gəlirlidir. Bununla əlaqədar lazım olan bütün hazırlıq işləri görülüb. İlk növbədə çuğundur əkininin və becərilməsinin aqrotexniki qaydada aparılması üçün Türkiyədən mütəxəssis dəvət olunub.
O, yenicə istifadəyə verilmiş Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatında yaradılmış tədris mərkəzində bizim mütəxəssisləri öyrədəcəkdir. Eyni zamanda, çuğundurun əkilməsi və becərilməsi üçün Azərsun Holdinqlə və digər şirkətlərlə müqavilələr bağlanıb.
Onlar çuğundur əkmək istəyən hər bir vətəndaşı toxum, texnika və digər avadanlıqlarla təmin edəcəklər. İcra başçısı bildirib ki, çuğundur əkini, becərilməsi və onun təhvil verilməsi ilə əlaqədar heç bir problem olmayacaq.
Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov çıxış edərək çuğundur əkini barədə tədbir iştirakçılarına daha ətraflı məlumat verib. Çuğundura çəkilən xərc və götürülən gəlir barədə müqayisəli izahat verib. Qeyd edib ki, şəkər çuğunduru bizim ənənəvi əkinlərimiz olan üzümdən və taxıl əkinindən olduqca gəlirli və səmərəlidir.
O, çuğundurun səmərəliliyini müqayisəli rəqəmlərlə tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, taxılın hər hektarına 500-550 manat xərc çəkilir. Bunun əvəzində isə cəmi 750-800 manat qazanc götürülür. Xalis gəlir təxminən 200-250 manat civarında olur.
Şəkər çuğundurunda isə hər hektara təxminən 800 manat xərc çəkilir və hektardan aşağısı 40-50 ton məhsul götürülür. Bu da təqribən 2400-2800 manat gəlir əldə edilməsi deməkdir.
Beləliklə, şəkər çuğundurunun hər hektarından ən azı 1500-2000 manat gəlir götürmək mümkündür. Ən yaxşı cəhət isə odur ki, çuğundurun bazarı var, yəni çuğundur yığılan kimi aidiyyatı yerlərə təhvil veriləcəkdir.
İmişli şəkər zavodunun baş aqronomu Rövşən Əliyev öz çıxışında şəkər çuğundurunun əhəmiyyətindən danışaraq onun gəlirli və səmərəli olduğunu qeyd edib. Bu bitkinin becərilməsi üçün rayonumuzda münbit torpaq sahəsinin və zəngin təbii şəraitin olmasından söz açıb.
Daha sonra Azərsun Holdinq tərəfindən görülən işlərdən, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb.
Sonda sahibkarları, yerli fermerləri və torpaq sahiblərini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Facebook-da paylaş