İcra başçısı vətəndaşların müraciətini yerində araşdırıb
Bu gün tam əminliklə deyə bilərik ki, müstəqil
Azərbaycanda vətəndaş amili hər zaman ön planda dayanır. Həyata keçirilən bütün
işlərdə vətəndaş mövqeyi üstün tutulur. Atılan uğurlu addımlar sübut edir ki,
dövlət həmişə öz vətəndaşının yanındadır. Cənab Prezident İlham Əliyevin
çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə
görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini
öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və
tövsiyələr də bunun bariz nümunəsidir. Bu, eyni zamanda hər bir dövlət
məmurunun üzərinə böyük məsuliyyət hissi qoyur. Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq
və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Vətəndaş-məmur
münasibəti demək olar ki, rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil
edir. Bunu icra başçısının sakinlərə olan səmimi münasibəti, vətəndaşlara
göstərdiyi diqqət və qayğısı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə
keçirdiyi görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması,
vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış
keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi
də əyani şəkildə sübut edir. Vətəndaşlara olan diqqət və qayğını hər an hiss
edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan
məktuba həssaslıqla yanaşılacağını yaxşı bilir. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Salahlı və Xanlıqlar
kəndlərində yaşayan bir qrup vətəndaşın müraciətini yerində araşdırıb. Aşağı Salahlı kənd sakinləri Mirzə Nuruyevin, İsmayıl
İsmayılovun, Murad Salmanovun, Sahil Salmanovun, Ziyaddın İsmayılovun örüş
sahəsi ilə bağlı müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri qaldırdıqları
məsələnin araşdırılacağını bildirib və aidiyyatı üzrə tapşırıq verib. Xanlıqlar kəndi Səməd Vurğun küçəsində yaşayan
sakinlərdən Hümbət Həsənov, Rəfael Abbasov, Orxan Əliyev, İslam Məmmədov, Firuddin
İbrahimov və başqaları tullantı sularının qonşunun həyətyanı torpaq sahəsindən
aparılması üçün boru xəttinin çəkilməsinə köməklik olunmasını istəyiblər.
Vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirən icra başçısı onların
istəklərini dinləyib və qeyd olunan məsələdə köməklik ediləcəyini bildirib. Kənd sakinləri onlara
göstərilən yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə
minnətdarlıq ediblər. Bu gün onların istəyini nəzərə alıb qaldırdıqları məsələlərin
həllinə həssaslıqla yanaşdığına görə rayon rəhbərinə təşəkkürlərini
çatdırıblar. Aşağı Salahlı kəndi Xanlıqlar kəndi GOYEZEN.AZ
Facebook-da paylaş