Vətəndaşların müraciətinə yerində baxılıb
Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə
Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı dövlət məmurları haqqında
söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri
gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə
yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə
aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun üzərinə
böyük məsuliyyət qoyur. Eyni zamanda da müstəqil Azərbaycanda yürüdülən uğurlu
dövlət siyasətinin təməlində hər zaman vətəndaş amilinin dayandığını bir daha nümayiş
etdirir. 3 ildən artıq bir müddətdir ki, ölkə rəhbərinin
vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da olduğu kimi icra olunur. Vətəndaş
amili, vətəndaş-məmur münasibətləri rayon rəhbərliyinin iş fəaliyyətinin
əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi münasibətdən, vətəndaşlara
göstərdiyi diqqət və qayğıdan, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə
keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab
verilməsindən, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən
yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində
yerindəcə tapşırıq verilməsindən də aydın şəkildə görmək olar. Vətəndaşlara
olan diqqət və qayğının nətiəcəsidir ki, bu gün hər rayon sakini İcra
Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını,
həssaslıqla yanaşılacağını bilir və inanır. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov dünən fərdi qəbul zamanı müraciət etmiş Çaylı kənd sakinləri Nəbiyev Xanbaba
Məşədi oğlunun və Nuruyev Alik David oğlunun istəyinə əsasən torpaq məsələsi
ilə bağlı həmin kənddə olub, müraciətlərinə yerində baxış keçirib. Vətəndaşları
diqqətlə dinləyərək qaldırdıqları məsələnin həlli ilə əlaqədar araşdırılmasını
bildirib və aidiyyatı üzrə tapşırıq verib.
GOYEZEN.AZ
Facebook-da paylaş