İcra başçısı vətəndaşı müraciətinə əsasən evində ziyarət edib
Son 15
ildir ki, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət
siyasətinin əsasını təşkil edən, bütün sahələrdə hər zaman ön planda tutulan
vətəndaş amili respublikamızın hər yerində diqqət mərkəzində saxlanılır. Ölkə başçısının hər dəfə
çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla
daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri,
vətəndaşların qayğılarını, problemlərini öyrənmələri barədə aidiyyatı üzrə
verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş
amili hər bir dövlət məmurunun iş fəaliyyətinin əsasını təşkil etməlidir. Ölkə rəhbərinin vətəndaşlara olan
sonsuz diqqət və qayğısı, onlara olan səmimi münasibəti Qazaxda da həmişə nümunəvi
addım kimi örnək götürülür və bundan sonra da götürüləcəkdir. Rəhbər təyin olunduğu gündən icra
başçısı Rəcəb Babaşovun sakinlərə olan səmimi münasibəti, vətəndaşlara olan diqqəti və qayğısı, istər şəhər,
istərsə də kəndlərdə sakinlərlə keçirdiyi görüşlər bunun əyani göstəricisidir.
Vətəndaşlar tərəfindən səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların
yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan
köməklik edilməsi bir daha göstərir ki, vətəndaş amili rayon rəhbərinin iş fəaliyyətinin
əsas tərkib hissəsidir. Ən əsası da vətəndaşa olan bu cür səmimi münasibət hər
bir rayon sakinində Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba
dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına əminlik hissi yaradır. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu gün böyrək xəstəliyindən əziyyət
çəkən və ayaqları tutulan Qarabağ müharibəsi veteranı, həmçinin şəhid ailəsi Süleymanov İlyas Cavad
oğlunu müraciətinə əsasən evində ziyarət etməsi vətəndaşlara olan qağısının
daha bir bariz nümunəsidir. Şəhərin
Ə.Süleymanov küçəsi ev 5, mənzil 52 ünvanında yaşayan İ.Süleymanovla görüşən
rayon rəhbəri onu narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Vətəndaşın
xəstəliyi ilə bağlı istəklərini dinləyən icra başçısı müalicə olunması, əvvəlki
sağlamlığına qovuşması, ailəsinin arasına sağlam şəkildə qayıtması üçün lazımi köməkliyi
göstərəcəyini qeyd edib. Vətəndaşın Bakı şəhərində xəstəxanalardan birində
müayinə və müalicə olunması üçün göndərilməsi ilə əlaqədar adiyyatı şəxslərə
tapşırıq verib. İ.Süleymanov
ona olan dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Bu gün onun istəyini nəzərə alıb görüşə gəldiyinə və
müalicəsinə göstərilən köməyə görə ailəsi adından təşəkkürünü çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş