Qazaxda vətəndaş amili hər zaman ön planda olub
Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da ön plana çəkilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə səyyar görüşlər keçirməsi, vətəndaşları narahat edən məsələləri onların öz dilindən eşitməsi bunun bariz nümunəsidir.
Rayon rəhbərinin mütəmadi olaraq şəhərdə sakinlərlə görüşməsi, daim əhalinin arasında olması və onların rahatlığının təmin olunması ilə maraqlanması da bir ənənə halını alıb.
İcra başçısı bu gün də şəhərin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında olub. Şəhərin təmizliyi və sakinlərin asudə vaxtlarının necə təşkil olunması, əhaliyə göstərilən xidmətlərlə maraqlanıb.
Sonra icra başçısı rayonda aparılan tikinti-quruculuq işləri ilə də tanış olub. Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.
Sakinlər onlara göstərilən diqqət və qayğıya, rayonun gündən-günə inkişaf etməsi üçün gördüyü çoxsaylı və genişmiqyaslı işlərə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ
Facebook-da paylaş