• Təqvim

  • Maraq



Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Alpout kənd sakinləri ilə keçirdiyi səyyar görüşdə bu fikir səslənib


Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Bu gün Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Respublika Prezidenti İlham Əliyevin fəaliyyətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda hər zaman ön plana çəkilir, vətəndaşa göstərilən diqqət və qayğı ən yüksək səviyyəyə çatdırılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən əhali ilə sıx ünsiyyətdə olur, onların problem və qayğıları ilə maraqlanır, mütəmadi olaraq sakinlərlə görüşlər keçirir. Göstərilən diqqət və qayğının nəticəsidir ki, İcra Başçısına müraciət edən hər bir insan ondan razı halda ayrılır, qəlbində böyük inam hissləri yaranır. Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə vətəndaşlara diqqət və qayğı ilə yanaşılır. İcra Başçısı həmişə vətəndaşlarla bir yerdədir. Rayon rəhbərinin rəsmi qəbul günü artıq rəmzi xarakter daşıyır. Çünki Rəcəb Babaşov rayon sakinlərini hər gün, hər saatda, hər yerdə qəbul edir və dinləyir.

Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə olması, sakinlərlə səyyar görüşlər keçirməsi, onları narahat edən məsələlərlə maraqlanması və həlli istiqamətində tapşırıqlar verməsi isə artıq bir ənənə halını alıb.

İcra Başçısının bugünkü səyyar görüşü sərhəddə yerləşən Alpout kəndinin sakinləri ilə olub. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə həmişə olduğu kimi, bu gün də kənd sakinləri rayon rəhbərini səmimi hisslərlə qarşılayıblar.
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu il proqrama uyğun olaraq beşinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Hər dəfə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.

Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazaxda da ön plana çəkildiyini qeyd edən İcra Başçısı bildirib ki, rəhbər kimi təyin olunduğum ilk gündən mən hər zaman sərhəddə, eləcə də başqa kəndlərimizdə yaşayan rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bunu rəsmi qəbul günündən başqa keçirilən fərdi qəbullardan, səyyar görüşlərdən də yaxşı bilirsiniz.

Ölkəmizdə aparılan quruculuq siyasətinin son 2 il ərzində Qazaxda olduğu kimi, həyata keçirildiyini qeyd edən rayon rəhbəri bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, istifadəyə verilən sosial obyektlərdən, yeni iş yerlərinin yaradılmasından danışıb.

Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə davam etdirilir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri görülür. Eyni zamanda, şəhər 2 nömrəli məktəbdə əsaslı tikinti işləri aparılır.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib.

Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunmasını, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını, şəhərdə daha bir bağçanın - 3 saylı körpələr evi-uşaq bağçasında əsaslı tikinti işlərinin aparılmasını bu sahədə olan inkişafın bariz nümunəsi olduğunu qeyd edib.

Rayon rəhbəri bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi kənd sakinlərinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını bildirib. Qeyd edib ki, rayonda cari ilin məhsulu üçün 12629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 min hektarda arpa əkilmişdir.

Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib. Rayonda iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirən rayon rəhbəri qeyd edib ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün yetişdirilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Bu il ən çox Kosalar kəndində 32 hektarda, Qazaxbəyli kəndində 8 hektarda tütün əkildiyini bildirib.

Rayon rəhbəri qeyd edib ki, istər sosial müəssisələrin yaradılması, istər yeni istehsal obyektlərinin istifadəyə verilməsi, istərsə də kənd təsərrüfatının inkişaf etdirilməsi əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, işsizliyin aradan qaldırılmasına xidmət göstərir.

İcra Başçısı Rəcəb Babaşov digər sərhəd kəndləri kimi, Alpout kəndində də işlər görüldüyünü, sakinlərə hər zaman diqqət və qayğı ilə yanaşıldığını söyləyib.

Sonra bugünkü görüşümüzün də əsas məqsədi siz vətəndaşları dinləməkdir - deyə müraciət edən İcra Başçısı sakinlərin arzu və istəklərini dinləyib, qayğıları ilə maraqlanıb.

Kənd sakinlərindən Həcər İsayeva, Vidadi Alıyev, Əməkdar müəllim Sakibə Nəbiyeva, Naqif Nəsibov, Müşviq Qurbanov, Sənan Qurbanov, Əhəd Vəliyev, Eldar Nəsibov, Şəmiddin Məmmədov və başqaları çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, sərhəd kəndlərində yaşayan sakinlərə göstərdiyi xüsusi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Onlarla mütəmadi olaraq keçirilən səyyar görüşləri yüksək qiymətləndirən kənd sakinləri minnətdarlıqla yanaşı, öz arzu və istəklərini çatdırıb, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən torpaq, bağça tikintisi, kənddə yerləşən qəbiristanlığın kənarına dəmir hasarın çəkilməsi, su və digər məsələləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Su ilə bağlı məsələnin yerində araşdırılması barədə tapşırıq verib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bir daha qeyd edib ki, dövlət tərəfindən hər zaman sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir. Bu, bundan sonra da belə olacaqdır. Sizlər tərəfindən qaldırılan hər bir məsələyə bundan sonra da diqqətlə yanaşılacaq və həlli istiqamətində konkret addımlar atılacaqdır.

Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
Sərhəd kəndlərinin sakinlərinə hərtərəfli qayğı göstərilir
GOYEZEN.AZ


Facebook-da paylaş