• Təqvim

  • Maraq



Vətəndaşın müraciətinə yerində baxılıb


Ölkə Prezidenti cənab İlham Əliyevin ən son çıxışı zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr dövlət məmurlarının üzərinə böyük məsuliyyət qoymaqla yanaşı, müstəqil dövlətimizin yürütdüyü uğurlu siyasətin təməlində hər zaman vətəndaş amilinin dayandığını bir daha sübut etdi.

Bu gün birmənalı şəkildə dəyə bilərik ki, ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da olduğu kimi icra olunur. Əminliklə qeyd edə bilərik ki, vətəndaş amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Son 3 ildə rayon rəhbərinin sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bu dediklərimizin bariz nümunəsidir. Vətəndaşlara olan diqqət və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına inanır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ümumi qəbul zamanı müraciət etmiş Qaymaqlı kənd sakini Abdullayeva Sayalı Abdulla qızının istəyinə əsasən torpaq məsələsi ilə bağlı həmin kənddə olub, müraciətinə yerində baxış keçirib. Vətəndaşı diqqətlə dinləyərək qaldırdığı məsələnin həlli ilə əlaqədar araşdırılmasını bildirib və aidiyyatı üzrə tapşırıq verib.



GOYEZEN.AZ



Facebook-da paylaş