• Təqvim

  • Maraq



Vətəndaşın müraciətinə yerində baxılıb


Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyevin vətəndaşlara olan yüksək diqqət və qayğısı Qazaxda da olduğu kimi öz əksini tapmaqdadır. Hər bir rayon sakininin bu gün də minnətdarlıq hissi ilə qarşıladığı vətəndaş amili demək olar ki, rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunun əyani sübutu isə son 3 ildə rayon rəhbərinin sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğıdır. Bu qayğının nəticəsidir ki, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilir, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilir. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bu gün hər bir vətəndaşda Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağına, həssaslıqla yanaşılacağına əminlik hissi yaradır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hazırda Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 4, mənzil 1 ünvanında yaşayan, Qazax rayonu Bakı küçəsi ev 9A ünvanında yaşayış evi olan Mustafayeva Laləzər Oruc qızının yolunun bağlanması ilə bağlı ərizəsinə əsasən yerində baxış keçirib. Mövcud vəziyyətlə tanış olan rayon rəhbəri məsələnin araşdırılması ilə əlaqədar aidiyyəti üzrə tapşırıq verib.




GOYEZEN.AZ



Facebook-da paylaş