• Təqvim

  • Maraq



Vətəndaşın müraciətinə yerində baxılıb


Bu gün Qazaxda hər kəsə yaxşı məlumdur ki, rayonda bütün sahələrlə yanaşı, vətəndaş amili də daim diqqət mərkəzində saxlanılır. Son 3 ildir ki, hər bir qazaxlı üçün tək bir həqiqət var ki, o da dövlət başçısı cənab İlham Əliyevin vətəndaşlara olan yüksək diqqət və qayğısının Qazaxda da olduğu kimi icra olunmasıdır. Bunun ən bariz nümunəsi isə ötən illər ərzində rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibət, göstərilən qayğı, ən əsası da istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsidir. Məhz qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, həlli mümkün olan nə varsa edilməsi bir daha göstərir ki, Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılır. Məktubda qeyd olunan hər bir istəyə xüsusi həssaslıqla yanaşılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir rayon sakininin müraciətinə əsasən yerində baxış keçirib. Belə ki, ötən həftə ümumi qəbul zamanı müraciət etmiş şəhərin M.Ə.Rəsulzadə küçəsi 27 ünvanında yaşayan Yuxarı Əskipara kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Şərifov Seminarist Qayıb oğlunun istəyinə əsasən aidiyyatı şəxslərlə birlikdə həmin ünvanda olub.

S.Şərifovun qaraj tikintisinə icazə verilməsi ilə bağlı müraciətinə yerində baxış keçirən rayon rəhbəri tikinti aparması üçün razılıq verildiyini bildirib.

Vətəndaş onun istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdığı məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlıq edib.



GOYEZEN.AZ



Facebook-da paylaş