Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciətinə yerində baxılıb

Vətəndaşların müraciətinə yerində baxılıb


11-01-2020, 14:17


Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun üzərinə böyük məsuliyyət qoyur. Eyni zamanda da müstəqil Azərbaycanda yürüdülən uğurlu dövlət siyasətinin təməlində hər zaman vətəndaş amilinin dayandığını bir daha nümayiş etdirir.

3 ildən artıq bir müddətdir ki, ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da olduğu kimi icra olunur. Vətəndaş amili, vətəndaş-məmur münasibətləri rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi münasibətdən, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, istər şəhər, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsindən, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən də aydın şəkildə görmək olar. Vətəndaşlara olan diqqət və qayğının nətiəcəsidir ki, bu gün hər rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını, həssaslıqla yanaşılacağını bilir və inanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünən fərdi qəbul zamanı müraciət etmiş Çaylı kənd sakinləri Nəbiyev Xanbaba Məşədi oğlunun və Nuruyev Alik David oğlunun istəyinə əsasən torpaq məsələsi ilə bağlı həmin kənddə olub, müraciətlərinə yerində baxış keçirib. Vətəndaşları diqqətlə dinləyərək qaldırdıqları məsələnin həlli ilə əlaqədar araşdırılmasını bildirib və aidiyyatı üzrə tapşırıq verib.


 

GOYEZEN.AZ


Geri qayıt