Qazaxda dezinfeksiya işləri davam etdirilir
Qazaxda koronavirus (COVID - 19) infeksiyasına
yoluxma hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı profilaktik
tədbirlər davam etdirilir. RİHB yanında yaradılmış operativ qərargahın
tərtib etdiyi qrafikə uyğun olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin
əməkdaşları tərəfindən həyata keçirilən işlər xüsusi karantin rejimi dövrü
bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus
infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə
yetirilir. Bu gün şəhər mərkəzindəki Xalq şairi Səməd Vurğunun
adını daşıyan parkda, Mədəniyyət Mərkəzinin qarşısında uşaqların əyləncəsi üçün
nəzərdə tutulan məkanda, "Fəxri qazaxlılar” parkında, görkəmli
ictimai-siyasi xadim, böyük ədib Nəriman Nərimanovun adını daşıyan bağda,
Şəhidlər xiyabanı və ətraf ərazilərdə koronavirus infeksiyasına qarşı növbəti
dəfə dezinfeksiya işləri aparılıb. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi
dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı
ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, bu günə kimi, istər əl aparatı vasitəsilə,
istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata
keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən
istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə
200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər
maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində
isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur. Xalq şairi Səməd Vurğunun adını daşıyan park
Mədəniyyət Mərkəzinin qarşısında uşaqların əyləncəsi üçün nəzərdə tutulan məkan "Fəxri qazaxlılar" parkı GOYEZEN.AZ
Böyük ədib Nəriman Nərimanovun adını daşıyan bağ
Şəhidlər xiyabanı
Facebook-da paylaş