Bakı Dövlət Universitetinin Qazax filialında dezinfeksiya işləri aparılıb
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus (COVID-19)
infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən
mübarizə tədbirləri çərçivəsində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Ölkədə elan
edilən xüsusi karantin rejimi dövrü bitənədək respublikamızın şəhər və rayonlarında
yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və
dezinfeksiya işlərinin aparılmasına dair tələblər rayondaolduğu kimi həyata keçirilir. İlk gündən prospekt və küçələrdə
yerləşən çoxmənzilli
yaşayış binaları, binaların giriş və ətrafı, parklar, ticarət və xidmət
obyektləri dezinfeksiya olunur. Bakı Dövlət
Universitetinin Qazax filialında da dezinfeksiya işləri aparılıb. Qazax Rayon Gigiyena və
Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən filialın inzibati binası və həyəti,
eləcə də idman zalı və digər yerlər koronavirus
infeksiyasına qarşı suya Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələr
qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb. GOYEZEN.AZ
Facebook-da paylaş