Qazaxda fəaliyyət göstərən mağaza və marketlərdə dezinfeksiya işləri aparılıb
Qazaxda koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər rayonda olduğu kimi həyata keçirilir. İlk gündən prospekt və küçələrdə yerləşən çoxmənzilli yaşayış binaları, binaların giriş və ətrafı, parklar, ticarət və xidmət obyektləri dezinfeksiya olunur.
Bu gün növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində, eləcə də ətraf küçələrdə yerləşən mağaza və marketlərin giriş hissəsində aparılıb. "Əsədoğlu”, "Qastronom”, "Kür”, "Al”, "Leyli və Məcnun”, "Tacir”, "Sərfəli”, "7 gözəl”, "Anar”, "İK”, "Aydın”, "Murad”, "Samur”, "Göyçə” adlı marketlərin, eləcə də əlavə ərzaq mağazası və pərakəndə satış müəssisəsinin qarşısı dezinfeksiya olunub. Həmçinin, marketlərin qarşısında yerləşən bankomatlar növbəti dəfə dezinfeksiya edilib.
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya olunan bütün ərazilər koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
"Əsədoğlu” market
"Qastronom” market
"Kür” market
"Al” market
"Leyli və Məcnun”
"Tacir” market
"Sərfəli” market
"7 gözəl” market
"Anar” market
"İK” market
"Aydın” market
"Murad” market
"Samur” market
"Göyçə” market
Ərzaq mağzası
Pərakəndə satış
GOYEZEN.AZ
Facebook-da paylaş