• Təqvim

  • Maraq



Qazaxda prospekt və küçələrdə yerləşən yaşayış binaları növbəti dəfə dezinfeksiya olunub


Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus (COVID-19)infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi yerinə yetirilir. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə prospekt və küçələrdə yerləşən yaşayış binalarında müntəzəm olaraq tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Bu gün növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospekti 56-da yerləşən birmərtəbəli, 3 mənzilli; 58-də yerləşən birmərtəbəli, 6 mənzilli; 72-də yerləşən birmərtəbəli, 7 mənzilli; 74-də yerləşən birmərtəbəli, 8 mənzilli; 89-də yerləşən birmərtəbəli, 9 mənzilli; 94-96-98-də yerləşən birmərtəbəli, 5 mənzilli; 109-da yerləşən birmərtəbəli, 10 mənzilli; 115/117-də yerləşən birmərtəbəli, 5 mənzilli; Ş.Çobanov küçəsi 8-də yerləşən birmərtəbəli, 20 mənzilli; 11-də yerləşən birmərtəbəli, 8 mənzilli; 15-də yerləşən ikimərtəbəli, 4 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində aparılıb.

Şəhərin Ə.Qədirov küçəsində yerləşən Qazax dəmiryolu vağzalında da dezinfeksiya işləri aparılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ikinci dəfə dezinfeksiya olunan bütün ərazilər koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

H.Əliyev prospekti 58


H.Əliyev prospekti 72



 H.Əliyev prospekti 74


H.Əliyev prospekti 89


H.Əliyev prospekti 98


H.Əliyev prospekti 107




H.Əliyev prospekti 117



Ş.Çobanov küçəsi 8


Ş.Çobanov küçəsi 15



Qazax dəmiryolu vağzalı








GOYEZEN.AZ



Facebook-da paylaş