Qazaxda yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb
Qazaxda koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının
alınması məqsədilə həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər bu gün də
davam etdirilib. Gigiyena və Epidemiologiya Mərkəzinin
əməkdaşları tərəfindən xüsusi karantin
rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində
koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə
dezinfeksiya işləri aparılıb. Bu gün növbəti dezinfeksiya işləri şəhərin Azadlıq
küçəsi 39-da yerləşən birmərtəbəli, 5 mənzilli; 53-də yerləşən birmərtəbəli, 6
mənzilli; 63-də yerləşən birmərtəbəli, 4 mənzilli; 64-də yerləşən birmərtəbəli,
8 mənzilli; 65-də yerləşən birmərtəbəli, 6 mənzilli; 67-də yerləşən
birmərtəbəli, 5 mənzilli; 71-də yerləşən birmərtəbəli, 3 mənzilli; 81-də
yerləşən birmərtəbəli, 4 mənzilli; 101-də yerləşən birmərtəbəli, 6 mənzilli;
M.P.Vaqif küçəsi 10-da yerləşən birmərtəbəli, 3 mənzilli; H.Z.Tağıyev küçəsi 8-də
yerləşən birmərtəbəli, 4 mənzilli; 11-də yerləşən birmərtəbəli, 5 mənzilli; 13-də
yerləşən birmərtəbəli, 6 mənzilli; 19-da yerləşən birmərtəbəli, 6 mənzilli;
22-də yerləşən birmərtəbəli, 4 mənzilli; 24-də yerləşən birmərtəbəli, 5
mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində həyata keçirilib. Bundan əlavə, Qazax Rayon
Yanğından Mühafizə Hissəsində də dezinfeksiya işləri görülüb. Dezinfeksiya olunan bütün ərazilər koronavirus
infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl
aparatı ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, istər əl aparatı
vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata
uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin
B və Bromosepto-DEZ maddələrindən
istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə
200 qram Xloromin B,
200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100
qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər
1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur. Azadlıq küçəsi 39 Azadlıq küçəsi 53 Azadlıq küçəsi 63 Azadlıq küçəsi 64 Azadlıq küçəsi 67 Azadlıq küçəsi 81 M.P.Vaqif küçəsi 10 Z.Tağıyev küçəsi 19 Qazax Rayon Yanğından Mühafizə Hissəsi GOYEZEN.AZ
Facebook-da paylaş