Əsas Səhifə > Səhiyyə > Qazaxda yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb

Qazaxda yaşayış binalarında növbəti dezinfeksiya işləri aparılıb


16-04-2020, 21:09


Qazaxda koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər bu gün də davam etdirilib. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə dezinfeksiya işləri aparılıb.

Bu gün növbəti dezinfeksiya işləri şəhərin Azadlıq küçəsi 39-da yerləşən birmərtəbəli, 5 mənzilli; 53-də yerləşən birmərtəbəli, 6 mənzilli; 63-də yerləşən birmərtəbəli, 4 mənzilli; 64-də yerləşən birmərtəbəli, 8 mənzilli; 65-də yerləşən birmərtəbəli, 6 mənzilli; 67-də yerləşən birmərtəbəli, 5 mənzilli; 71-də yerləşən birmərtəbəli, 3 mənzilli; 81-də yerləşən birmərtəbəli, 4 mənzilli; 101-də yerləşən birmərtəbəli, 6 mənzilli; M.P.Vaqif küçəsi 10-da yerləşən birmərtəbəli, 3 mənzilli; H.Z.Tağıyev küçəsi 8-də yerləşən birmərtəbəli, 4 mənzilli; 11-də yerləşən birmərtəbəli, 5 mənzilli; 13-də yerləşən birmərtəbəli, 6 mənzilli; 19-da yerləşən birmərtəbəli, 6 mənzilli; 22-də yerləşən birmərtəbəli, 4 mənzilli; 24-də yerləşən birmərtəbəli, 5 mənzilli yaşayış binalarında, eləcə də binaların həyətində həyata keçirilib. Bundan əlavə, Qazax Rayon Yanğından Mühafizə Hissəsində də dezinfeksiya işləri görülüb.

Dezinfeksiya olunan bütün ərazilər koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.

Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Azadlıq küçəsi 39


Azadlıq küçəsi 53


 

Azadlıq küçəsi 63




Azadlıq küçəsi 64




Azadlıq küçəsi 67


Azadlıq küçəsi 81


M.P.Vaqif küçəsi 10


Z.Tağıyev küçəsi 19



Qazax Rayon Yanğından Mühafizə Hissəsi



GOYEZEN.AZ


Geri qayıt