Əsas Səhifə > Manşet / Təhsil > Bakı Dövlət Universitetinin Qazax filialında dezinfeksiya işləri aparılıb

Bakı Dövlət Universitetinin Qazax filialında dezinfeksiya işləri aparılıb


1-05-2020, 21:01


Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən mübarizə tədbirləri çərçivəsində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Ölkədə elan edilən xüsusi karantin rejimi dövrü bitənədək respublikamızın şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər rayondaolduğu kimi həyata keçirilir. İlk gündən prospekt və küçələrdə yerləşən çoxmənzilli yaşayış binaları, binaların giriş və ətrafı, parklar, ticarət və xidmət obyektləri dezinfeksiya olunur.

Bakı Dövlət Universitetinin Qazax filialında da dezinfeksiya işləri aparılıb. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən filialın inzibati binası və həyəti, eləcə də idman zalı və digər yerlər koronavirus infeksiyasına qarşı suya Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.













GOYEZEN.AZ


Geri qayıt